17 mart 2026. Çərşənbə axşamı

Yaxşı adam idisə, sözləri üzümüzə deyərdi - Cavid Hüseynov


Yaxşı adam idisə, sözləri üzümüzə deyərdi - Cavid Hüseynov

"Ruslan Fomin haqqında çox danışmaq istəmirəm. Amma onun fikirləri barədə az da olsa, nəsə deyəcəyəm. 

Corner.az xəbər verir ki, bunu "Zirə"nin kapitanı Cavid Hüseynov "Qəbələ"də ikən komanda yoldaşı olmuş Ruslan Fominin azərbaycanlı futbolçular barədə fikirlərinə münasibət bildirərkən deyib.

Hazırda ölkəsinin "Mariupol" klubunda çıxış edən ukraynalı hücumçu yerli mətbuata müsahibəsində deyib ki, əyalət təmsilçisində oynayarkən azərbaycanlı oyunçular onun üzünə gülüb, dalınca danışıblar. 

Hüseynov Fominin fikirlərini mətbuatdan oxuduğunu söyləyib: "Hamı bilir ki, Azərbaycana gələn legionerlər başqa yerlərdə olduğu qədər özlərini rahat hiss edə bilməzlər. Bizim mentalitetimiz və təbiətimiz belədir ki, qonaqpərvərik. Qonaq gələnlər başımızın üstündədir, futbolda da belədir. Hamı mənimllə razılaş ki, yerlilərə bir hörmət olunursa, legionerlərə iki hörmət olunur. Bu hər zaman belə olub. Mənə elə gəlir ki, Ruslanın özündə bir xof var idi. Çünki "Qəbələ"yə hücumçu kimi gəlmişdi, onu komandaya Roman Qriqorçuk gətirmişdi".

"Qəbələ"nin sabiq kapitanı Ruslan Fominin qol vura bilmədiyini söyləyib: "Hücumçu qol vura bilməyəndə, ona elə gəlir ki, hamı onu pisləyir. Bu, onun öz problemi və zəifliyidir. Yaxşı adam idisə, sözləri üzümüzə deyərdi".

Qeyd edək ki, Cavid Hüseynov 2016 - 2019-cü illərdə "Qəbələ"nin formasını geyinib. O, cari mövsümün əvvəlində "Zirə"yə keçib. (report)







Misli Premyer liqa

Premyer Liqada 300-cü, tarixdə 400-cü
  • Misli Premyer liqa
  • 11:44 16.03.2026
Premyer Liqada 300-cü, tarixdə 400-cü
“Neftçi”nin 150-ci penaltisi
  • Misli Premyer liqa
  • 11:00 16.03.2026
“Neftçi”nin 150-ci penaltisi
Musa “100”ə çatdı
  • Misli Premyer liqa
  • 10:44 16.03.2026
Musa “100”ə çatdı
Tarixdə 9-cu
  • Misli Premyer liqa
  • 10:22 16.03.2026
Tarixdə 9-cu
Qərb derbisində qalib müəyyənləşmədi
  • Misli Premyer liqa
  • 16:57 15.03.2026
Qərb derbisində qalib müəyyənləşmədi
“Sabah” “İmişli”ni darmadağın etdi
  • Misli Premyer liqa
  • 18:12 14.03.2026
“Sabah” “İmişli”ni darmadağın etdi