8 avqust 2026. Şənbə

Klublarımızın məşqə başlayacağı vaxt açıqlandı


Klublarımızın məşqə başlayacağı vaxt açıqlandı

"AFFA, PFL və klublarla danışıq olub. Bizdən soruşublar ki, hazırlıq üçün neçə həftə vaxt lazımdır".

Corner.az xəbər verir ki,bu fikirləri  AFFA Klublar Komitəsinin sədri Riad Rəfiyev karantin rejimindən sonra komandaların məşqlərə başlayacağı mümkün tarix barədə danışarkən deyib.

"Sumqayıt"ın prezidenti bildirib ki, klublar mayın 4-dən etibarən hazırlıqları bərpa edə biləcəklər: "Belə razılığa gəldik ki, komandalara təlim-məşq toplanışı üçün 3 həftə vaxt verilsin. Düzdür, 4 həftə olsaydı, daha yaxşı olardı. Amma hamımız başa düşürük ki, nə qədər tez başlasaq, bir o qədər əlverişli olar. Çünki sonradan havalar isinəcək, çətinlik çəkəcəyik. Fikirləşdik ki, hazırlıq dövrünü 3 həftəyə sığışdırmaq olar. Mayın 23-dən isə Premyer Liqaya start verə bilərik".

R.Rəfiyevin sözlərinə görə, komandaların mayın 4-dən sonra məşqləri bərpa etməsi ehtimal deyil: "PFL öz saytında da bununla bağlı bəyanat yaydı. Klublara məlumat verilib ki, ayın 4-dən sonra məşqlərə başlamaq olar. Lakin istənilən halda dövlətimizin qərarları öndə gəlir. Karantin rejimi mayın 4-də götürülsə, məşqlərə başlayacağıq. Amma müddət uzadılsa, yəqin ki, AFFA və PFL başqa qərarlar qəbul edəcək".

Qeyd edək ki, Azərbaycan Premyer Liqası və I Divizionda mövsüm martın 13-dən dayandırılıb.(report)







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı