17 mart 2026. Çərşənbə axşamı

Çox çətindir - Rıbka


Çox çətindir - Rıbka

"Bakıda karantin rejimi bir qədər yumşalır. Bəzi mağazalar açılıb. Mayın 4-dən sonra isə gözəllik salonları və bərbərxanalar da açılmalıdır”.

Corner.az xəbər verir ki, bu sözləri “Səbail”in qapıçısı Aleksandr Rıbka ölkəsi Ukraynanın mətbuatına müsahibəsində bildirib.

Azərbaycanda koronavirusla bağlı vəziyyət haqda danışan futbolçu KİV-in yazdıqlarına əsasən deyib ki, son günlər virusdan sağalanlar yoluxanlardan daha çoxdur: “Bununla belə, küçələrdə gəzmək məhdudiyyəti qalmaqdadır. Əgər hansısa məsələyə görə şəhərə çıxmaq istəyirsənsə, xüsusi nömrəyə SMS göndərməlisən. Amma evin həyətində gəzmək -  mən hələ parkları demirəm – çətindir. Çox yerdə blok-post qurulub. Orada evdən çıxmağın barədə icazə SMS-nin olub-olmadığını yoxlaya bilərlər”.

Rıbka Azərbaycan çempionatının bəprası barədə də danışıb: “Birinci liqa mayın 21-i, Premyer Liqa mayın 23-ü başlamalıdır. Mümkündür ki, mayın 6-dan sonra qrup halında məşqlərə başlayaq. Hazırda isə fiziki formamızı ev şəraitində, məşqçilərimizin onlayn tapşırıqlarına uyğun olaraq davam etdiririk”. (qol)







Misli Premyer liqa

Premyer Liqada 300-cü, tarixdə 400-cü
  • Misli Premyer liqa
  • 11:44 16.03.2026
Premyer Liqada 300-cü, tarixdə 400-cü
“Neftçi”nin 150-ci penaltisi
  • Misli Premyer liqa
  • 11:00 16.03.2026
“Neftçi”nin 150-ci penaltisi
Musa “100”ə çatdı
  • Misli Premyer liqa
  • 10:44 16.03.2026
Musa “100”ə çatdı
Tarixdə 9-cu
  • Misli Premyer liqa
  • 10:22 16.03.2026
Tarixdə 9-cu
Qərb derbisində qalib müəyyənləşmədi
  • Misli Premyer liqa
  • 16:57 15.03.2026
Qərb derbisində qalib müəyyənləşmədi
“Sabah” “İmişli”ni darmadağın etdi
  • Misli Premyer liqa
  • 18:12 14.03.2026
“Sabah” “İmişli”ni darmadağın etdi