8 avqust 2026. Şənbə

Hadisələr futbolçuların psixologiyasına pis təsir edir


Hadisələr futbolçuların psixologiyasına pis təsir edir

"Bu, dövlətimizin və hökumətimizin qərarıdır, hörmətlə və anlayışla yanaşırıq".

Corner.az xəbər verir ki, bu sözləri Klublar Komitəsinin sədri Riad Rəfiyev Azərbaycanda karantin müddətinin mayın 31-dək uzadılmasına münasibət bildirərkən deyib. 

"Sumqayıt"ın prezidenti çempionatın baş tutması ilə bağlı hazırda bir söz deyə bilməyəcəyini vurğulayıb. 

Rəfiyev bu barədə nəsə deməyin düzgün olmadığını sözlərinə əlavə edib. 

Klub prezidenti futbolçuların dünənə qədər məşqə kökləndikləri halda bu qərarı necə qarşılayacaqlarına da münasibət bildirib: "Bu hadisələr onların psixologiyasına pis təsir edir. Çempionata başlayanda oyunçulara forma yığmaq üçün vaxt lazımdır. Nəzərə alaq ki, mayın 31-də artıq 2 aydan çox müddət olacaq ki, futbolçular məşqsiz qalacaq". 

Qeyd edək ki, Peşəkar Futbol Liqası mayın 4-də ölkədə karantin rejimi ləğv olunacağı halda, mayın 21-də I Divizionun, mayın 23-də isə Premyer Liqanın bərpasının nəzərdə tutulduğunu açıqlayıb.

Eyni zamanda bütün milli federasiyalar ölkədəki vəziyyət əlverişli olmadığı halda ən geci 25 may tarixinədək mövcud və optimal təhlükəni nəzərə alaraq yarışların gələcək taleyi barədə EPFL (Avropa Peşəkar Futbol Liqaları) və UEFA-ya məlumat verməlidirlər.(report)







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı