8 avqust 2026. Şənbə

Afrikalı futbolçu Qəbələ'yə qayıdır


Afrikalı futbolçu Qəbələ'yə qayıdır

Hazırda icarə əsasında "Hapoel" klubunda çıxış edən futbolçu Ceyms Adeniyi cari mövsümün sonunda, müqavilə üzrə məxsus olduğu "Qəbələ"yə qayıdacaq. 

Corner.az xəbər verir ki, bu barədə nigeriyalı hücumçunu özü məlumat verib. 

28 yaşlı hücumçu bildirib ki, "qırmızı qaralar"la müqaviləsi var və hələ də bu komandanın oyunçusudur. O artıq İsraildə klubların məşqləri bərpa etdiklərini və mayın 30-da liqaların qaldığı yerdən davam etdiriləcəyini də diqqətə çatdırıb.

Qeyd edək ki, 2018-ci ilin yayında "Qəbələ" ilə 3 illik müqavilə imzalamış Ceyms Adeniyi ötən mövsüm 31 oyun keçirib.(report)







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı