5 noyabr 2026. Cümə axşamı

AFFA-dan koronavirusla bağlı klublara tövsiyə


AFFA-dan koronavirusla bağlı klublara tövsiyə
AFFA-nın təşkilatçılığı ilə bu həftə Azərbaycan Premyer Liqası oyunlarına təyinat alan hakimlər koronavirus testi verəcək.

Corner.az xəbər verir ki, bununla bağlı AFFA-nın saytı məlumat yayıb.

Bununla yanaşı, AFFA Premyer Liqa klublarına futbolçu və məşqçi heyətinin müvafiq testdən keçirilməsini tövsiyə edib.

Qeyd edək ki, Azərbaycan Premyer Liqası martın 13-də koronavirus pandemiyasına görə dayandırılıb.





Misli Premyer liqa