5 noyabr 2026. Cümə axşamı

Azərbaycanın futbol hakimləri koronavirus testindən keçdi


Azərbaycanın futbol hakimləri koronavirus testindən keçdi

Azərbaycan Premyer Liqası oyunlarına təyinat alan hakimlər koronavirus (COVID-19) testi veriblər. 

Corner.az-ın əldə etdiyi məlumata görə, onlar milli assosiasiyanın təşkilatçılığı ilə AFFA Futbol Akademiyasında yoxlamadan keçiblər. Ədalət təmsilçilərindən qan analizi götürülüb və temperaturları yoxlanılıb. 

Qeyd edək ki, Azərbaycan Premyer Liqası martın 13-də koronavirus pandemiyası səbəbindən yarımçıq dayandırılıb. Peşəkar Futbol Liqası daha əvvəl mayın 4-də ölkədə karantin rejimi ləğv olunacağı halda, mayın 21-də I Divizionun, mayın 23-də isə Premyer Liqanın bərpasının nəzərdə tutulduğunu açıqlayıb. Amma karantin rejiminin mayın 31-dək uzadılması futbola tətbiq olunan qadağanın qüvvədə qalmasına səbəb olub. (report)







Misli Premyer liqa