24 oktyabr 2024. Cümə axşamı

Ronaldo həmin qolu görsəydi, arxamca təyyarə göndərərdi


Ronaldo həmin qolu görsəydi, arxamca təyyarə göndərərdi

"Rusiyada ən sevimli klubum "Saturn"dur. İkincisi, oynamasam belə, "Spartak"dır. Üçüncü yerdə isə "Krılya Sovetov" gəlir".

Corner.az-ın məlumatına görə, bu fikirləri "Neftçi"nin kapitanı Emin Mahmudov "İbrakadabra" "YouTube" kanalına müsahibəsində deyib.

28 yaşlı futbolçu bildirib ki, Samara təmsilçisində yaxşı atmosfer olsa da, oyun sarıdan bəxti gətirməyib: "Tez-tez zədələnirdim. 2 dəfə omba nahiyyəsindəki zədəyə görə, daha sonra isə ayağım sındığı üçün uzun müddət oynaya bilmədim. Orada keçirdiyim 2,5 ilin 1,5 ilini müalicə olundum. Sıralamada 4-cü yer "Mordoviya", 5-ci isə "Tom"dur".

Mahmudovun sözlərinə görə, "Mordoviya"da çıxış edərkən ona "Yandex" (axtarış sistemi) ləqəbi veriblər: "İstənilən futbolçunun harada, hansı klubda oynadığını bilirdim. Buna görə mənə "Yandex" ləqəbi qoymuşdular".

Təcrübəli oyunçu "Spartak"da artıq çəkiyə görə cərimələnməmək üçün maraqlı üsula əl atdığını söyləyib: "Demək olar ki, şam yeməklərini buraxırdım. Həmin vaxt 15-16 yaşım var idi. Çəkim artmasın deyə şam etmirdim".

Mahmudov "Spartak"da çıxış edərkən 2012-ci il noyabrın 20-də UEFA Çempionlar Liqasının qrup mərhələsinin "Barselona" ilə Moskvada keçirilmiş oyunun (0:3) fasiləsində İspaniya klubunun kapitanı Xavi Ernandesin onun zərbəsinə reaksiyasını xatırlayıb: "Bu, doğrudur. Mənim zərbəmdən sonra Xavi şoka düşmüşdü. Açığı, elə özüm də şokda idim. Kriştiano Ronaldo həmin zərbəni görsəydi, bəlkə mənim üçün təyyarə göndərərdi ki, necə qol vurmaq lazım olduğunu ona da öyrədim. Çılğın qol idi. Xavinin mənə baxdığını görəndə növbəti dəfə şoka düşdüm. Mənə əli ilə "əla" işarəsi göstərmişdi. Tarixi hadisə idi".

Millimizin üzvü forma dəyişdirmək istədiyi futbolçuların adlarını açıqlayıb: "Uşaq vaxtı top daşıyarkən futbolçularla şəkil çəkdirirdim. "Barselona"dan Aleks Sonqla formamı dəyişdirmək istəyirdim. Daha sonra o, "Rubin"ə keçdi. Dəyişsəydim, gərək, sonra həmin formanı atardım (gülür). Həmçinin Fabreqasla formamı dəyişdirmək istərdim. Amma alınmadı".(report)







Misli Premyer liqa

“Qarabağ”dan yeni rekord
  • Misli Premyer liqa
  • 12:49 19.10.2024
“Qarabağ”dan yeni rekord
Futbol üzrə I Liqada 5-ci tura start verilib
  • Misli Premyer liqa
  • 19:50 16.10.2024
Futbol üzrə I Liqada 5-ci tura start verilib
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
  • Misli Premyer liqa
  • 10:58 14.10.2024
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
Mesut Özil "Zirə"nin qonağı olub
  • Misli Premyer liqa
  • 16:35 12.10.2024
Mesut Özil "Zirə"nin qonağı olub
"Turan Tovuz"un yeni bazası tikilir
  • Misli Premyer liqa
  • 13:26 12.10.2024
"Turan Tovuz"un yeni bazası tikilir