14 avqust 2026. Cümə

Səbail'in futbolçusunun şikayəti təmin edildi


Səbail'in futbolçusunun şikayəti təmin edildi

FIFA "Səbail"in futbolçusu Lema Mabidinin Mərakeşin “Raca Kasablanka” klubuna qarşı şikayətini təmin edib. 

Corner.az "Sport365" nəşrinə istinadən xəbər verir ki, ali futbol qurumu klubu 27 yaşlı yarımmüdafiəçiyə 280 min ABŞ dolları ödənilməsi barədə qərar çıxarıb. 

Konqolu  oyunçu açıqlamasında ona iki illik yeni müqavilənin təklif olunduğunu söyləyib. Mabidi klubdan ilk olaraq pul tələb etdiyini, sonra yeni sözləşmə üçün danışığa başlaya biləcəklərini vurğulayıb. Yarımmüdafiəçi buna baxmayaraq klubun məbləği ödəmədiyini sözlərinə əlavə edib. 

Qeyd edək ki, Lema Mabidi 2015 - 2019-cu illərdə “Raca Kasablanka”nın formasını geyinib. 







Misli Premyer liqa

“Şəfa” braziliyalı hücumçu transfer edib
  • Misli Premyer liqa
  • 17:36 12.08.2026
“Şəfa” braziliyalı hücumçu transfer edib
“Kəpəz”dən yeni transfer
  • Misli Premyer liqa
  • 16:22 11.08.2026
“Kəpəz”dən yeni transfer