8 may 2026. Cümə

Premyer Liqamız nə vaxt bərpa olunacaq?


Premyer Liqamız nə vaxt bərpa olunacaq?

“Koronavirus pandemiyasına görə dayandırılan Azərbaycan Premyer Liqasının bərpası ilə əlaqədar təşkilati baxımdan heç bir problem yoxdur. Klublara məşqlərlə, müqaviləsi başa çatacaq futbolçularla bağlı bütün təlimatlar göndərilib”.

Corner.az xəbər verir ki, bu sözləri qol.az-a açıqlamasında Peşəkar Futbol Liqasının mətbuat və ictimaiyyətlə əlaqələr departametinin rəhbəri Aslan Şahgəldiyev məlumat verib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı dünən Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında bildirib ki, iyunun 1-dən Azərbaycanda idman yarışlarına icazə veriləcəyi gözlənilir: “İyunun 1-dən idman tədbirlərinin keçirilməsinə icazənin verilməsi gündəmdədir və yəqin ki, müvafiq qərar veriləcək".

A.Şahgəldiyev bildirib ki, hazırda təmsil etdiyi qurum Nazirlər Kabinetinin bununla bağlı çıxaracağı rəsmi qərarı gözləyir: “Əgər qərar verilsə, iyunun 1-dən komandalar ümumi hazırlığa başlaya biləcəklər.  AFFA tərəfindən klublara koronavirus testindən keçmələri üçün maliyyə yardımı göstərilib. Müsbət haldır ki, heç bir klubun futbolçusu və əməkdaşında virus aşkarlanmayıb”.

“İyununda 1-dən idman yarışlarının keçirilməsinə icazə verilsə, çempionat nə vaxt bərpa olunacaq” sualına PFL rəsmisi belə cavab verib: “Bununla bağlı klublarla müzakirələrimiz olacaq. Rəsmi qərar və yeni məsləhətləşmə olmadan hər hansı vaxt desək, ictimaiyyəti çaşdırmış olarıq. Təqvim müəyyənləşdirəcəyik. UEFA-nın tövsiyəsi belədir ki, avqustun əvvəlinə qədər çempionatlar bitməlidir. Amma bu vaxtın uzanacağı da istisna deyil”.







Misli Premyer liqa

“Neftçi”dən inamlı qələbə
  • Misli Premyer liqa
  • 17:53 05.05.2026
“Neftçi”dən inamlı qələbə
60-cı qol
  • Misli Premyer liqa
  • 10:59 05.05.2026
60-cı qol
Mövsümün rekordu təkrarlandı
  • Misli Premyer liqa
  • 10:54 05.05.2026
Mövsümün rekordu təkrarlandı
Mövsümdə 3-cü, tarixdə 10-cu
  • Misli Premyer liqa
  • 10:34 05.05.2026
Mövsümdə 3-cü, tarixdə 10-cu
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
  • Misli Premyer liqa
  • 21:25 04.05.2026
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
“Zirə” “Qəbələ”ni məğlub etdi
  • Misli Premyer liqa
  • 20:33 03.05.2026
“Zirə” “Qəbələ”ni məğlub etdi