24 oktyabr 2024. Cümə axşamı

3 ay pul verməsələr belə, heç bir problem yoxdur


3 ay pul verməsələr belə, heç bir problem yoxdur

"Hazırda elə vəziyyətdir ki, müqavilə ilə bağlı klubla heç bir söhbət etməmişik. Sadəcə, istəyirik ki, çempionat başlasın. Görək, bu mövsüm nə edə bilirik. Növbəti mövsüm barədə isə danışıq olmayıb".

Corner.az xəbər verir ki, bu fikirləri "Qəbələ"nin futbolçusu Asif Məmmədov deyib. 34 yaşlı yarımmüdafiəçi müqavilələri başa çatan oyunçuların çempionat bərpa olunacağı təqdirdə, necə çıxış edəcəklərinə münasibət bildirib.

Məmmədov çempionat oyunlarında hər matça görə bonus aldıqlarını söyləyib: "Bu saat mənim üçün pul o dərəcədə önəmli deyil. Vacibi odur ki, Premyer Liqa bərpa olunsun, məşqə çıxaq. Evdə oturub pul qazanmamağımla oynayıb pul qazanmamağım arasında heç bir fərq yoxdur. Oturmusan evdə pul qazanmırsan, amma oynayanda istər-istəməz bonus almaq imkanın var. Yəqin ki, müqavilə başa çatandan sonra rəhbərlik maaş da verməsə, elə bonus təyin edər ki, o, maaşı əvəzləyə bilər. Bonus alırsan, futbol oynayırsan, idmansız qalmırsan, belə şeylər var. Kimsə zədələnib, başqa kluba gedə bilməyəcəksə, bu, başqa məsələdir. Əsas odur ki, futbolsuz qalmırsan".

Təcrübəli oyunçu 2 aydan çoxdur ki, evdə olduqlarını, heç nə etmədiklərini, buna baxmayaraq, klubdan maaş aldıqlarını sözlərinə əlavə edib: "Bunu da deməliyik. Biz oynamadıq, amma maaş aldıq. Yayda oynayaraq onun əvəzini çıxa bilərik. Uzun müddətdir ki, bu klubdayam, "Qəbələ" mənim üçün çox şey edib. 3 ay pul verməsələr belə, heç bir problem yoxdur".

Qeyd edək ki, Azərbaycan Premyer Liqası martın 13-də koronavirus pandemiyasına görə dayandırılıb. 2015-ci ildən "Qəbələ"nin formasını geyinən Asif Məmmədov 2007-ci ildə də əyalət təmsilçisində çıxış edib. (report)







Misli Premyer liqa

“Qarabağ”dan yeni rekord
  • Misli Premyer liqa
  • 12:49 19.10.2024
“Qarabağ”dan yeni rekord
Futbol üzrə I Liqada 5-ci tura start verilib
  • Misli Premyer liqa
  • 19:50 16.10.2024
Futbol üzrə I Liqada 5-ci tura start verilib
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
  • Misli Premyer liqa
  • 10:58 14.10.2024
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
Mesut Özil "Zirə"nin qonağı olub
  • Misli Premyer liqa
  • 16:35 12.10.2024
Mesut Özil "Zirə"nin qonağı olub
"Turan Tovuz"un yeni bazası tikilir
  • Misli Premyer liqa
  • 13:26 12.10.2024
"Turan Tovuz"un yeni bazası tikilir