20 sentyabr 2026. Bazar günü

UEFA-dan "Qəbələ"yə 25 min avro


UEFA-dan "Qəbələ"yə 25 min avro

UEFA Gənclər Liqasındakı çıxışına görə "Qəbələ" klubuna ödəniş edib.

Corner.az-ın AFFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə,UEFA Gənclər Liqasının 2018/2019-cu il mövsümünün ödəniş siyasətinə uyğun olaraq, qeyd olunan turnirin ikinci mərhələsində müvafiq komandası iştirak etmiş “Qəbələ” klubunun hesabına səyahət və yerləşmə ödənişi olaraq 25 min avro vəsait UEFA tərəfindən AFFA-nın vasitəçiliyi ilə köçürülüb.

Qeyd edək ki, "Qəbələ"  UEFA Gənclər Liqasının birinci mərhələsində Moldova "Şerif"ini iki oyunun nəticəsində mübarizədən kənarlaşdırıb - 1:1, 3:1. Komanda ikinci mərhələdə "Herta"ya uduzaraq (0:1, 1:3) turnirlə vidalaşıb.







Misli Premyer liqa

150-ci qol
  • Misli Premyer liqa
  • 11:17 15.09.2026
150-ci qol
Tarixdə 4-cü, səfərdə 10-cu, 20-ci qol
  • Misli Premyer liqa
  • 11:05 15.09.2026
Tarixdə 4-cü, səfərdə 10-cu, 20-ci qol