24 oktyabr 2024. Cümə axşamı

Neftçi'dən klubdaxili məsələlərə görə ayrıldım


Neftçi'dən klubdaxili məsələlərə görə ayrıldım

"Yığmaya dəvət etdilər, mən də "yox" demədim. Ağır yaş qrupu olan U-19-u qəbul etdim".

Corner.az-ın məlumatına görə, bunu Azərbaycan millisi və "Neftçi"nin sabiq futbolçusu Vəli Qasımov Rusiyanın "Championat" nəşrinə geniş müsahibəsində Azərbaycan yığmalarındakı fəaliyyəti barədə danışarkən deyib.

2010 - 2012-ci illərdə U-19 millisinə başçılıq etmiş mütəxəssis bildirib ki, oyun təcrübəsi az olan futbolçularla Avropa yığmalarına qarşı oynamaq elə də asan deyil: "Gənclərlə heç bir uğura nail olmadım, sadəcə, təcrübə topladım. Çox ağır yaş qrupudur. Bu yaşda uşaqlar həm gəzmək, həm içmək, həm də siqarət çəkmək istəyirlər".

Qasımovun sözlərinə görə, Azərbaycanda istedadlı futbolçular çox olsa da, onlar 16 yaşından sonra inkişaf etmirlər: "Gənclər liqasında oynamaq çox sadədir. Əvəzedicilərə və yüksək liqaya isə yüksələ bilmirlər. Bizdə ikinci liqa yoxdur. Belədə onlar heç yerdə inkişaf edə bilmirlər".

1992 - 1997-ci illər ərzində İspaniyada "Betis", "Albasete" və "Esixa" klublarının formasını geyinmiş veteran hücumçu ispaniyalı və azərbaycanlı futbolçuları müqayisə edib: "Bizim futbol İspaniyadakından ciddi fərqlənir. Problem ondadır ki, orada 1-2 dəfə təkrar edirsən, futbolçular dərhal başa düşürlər. Bizdə isə bunu daha çox təkrarlamalı olursan. Bu halda isə onlar robot kimi olurlar. Hər şeyi avtomatik və dediyin kimi dəqiqliklə edirlər. Bu da pisdir. Çünki improvizasiya olmadığından çətinliklə üzləşirlər. Bu baxımdan, geri qalırıq".

Qasımov ilk növbədə, mentalitetin azərbaycanlı futbolçuların inkişafına mane olduğunu düşünür. Onun fikrincə, ikinci problem diqqətsizlik, üçüncüsü təhsildir. Bizdə kasıb ailələrdən olan xeyli sayda yaxşı uşaq var. Onlar yalnız məşqə gedirlər, məktəbi isə yola verirlər. Bu isə pisdir".

2015-2016-cı illərdə "Neftçi"də çalışmış Qasımov komandadan ayrılmasının səbəbini açıqlayıb: "Əvvəlcə məni yenidən idman direktoru qoydular. Sonra rəhbərlik əcnəbi baş məşqçi tapmağa qərar verdi. Bir neçəsi ilə danışıq aparsalar da, büdcə müqavilə bağlamağa imkan vermədi. Buna görə də məni baş məşqçi təyin etmək qərarına gəldilər. Amma tezliklə klubdaxili məsələlərə görə "Neftçi"dən ayrıldım".

Qeyd edək ki, 1992-ci ilin ilk yarısını "Spartak"da keçirən Vəli Qasımov 6 oyunda meydana çıxsa da, qol vura bilməyib. Mövsümün ikinci hissəsində isə "Dinamo"da çıxış edən sabiq hücumçu 16 oyunda 17 dəfə fərqlənərək çempionatın bombardiri olub. Moskva təmsilçisindən sonra İspaniya "Betis"inə keçən veteran futbolçu bu ölkənin "Albasete", "Esixa", "Vitoriya" və "İmortal" klublarının formasının geyinib. Azərbaycanda isə Qasımov "Neftçi"də çıxış edib.







Misli Premyer liqa

“Qarabağ”dan yeni rekord
  • Misli Premyer liqa
  • 12:49 19.10.2024
“Qarabağ”dan yeni rekord
Futbol üzrə I Liqada 5-ci tura start verilib
  • Misli Premyer liqa
  • 19:50 16.10.2024
Futbol üzrə I Liqada 5-ci tura start verilib
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
  • Misli Premyer liqa
  • 10:58 14.10.2024
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
Mesut Özil "Zirə"nin qonağı olub
  • Misli Premyer liqa
  • 16:35 12.10.2024
Mesut Özil "Zirə"nin qonağı olub
"Turan Tovuz"un yeni bazası tikilir
  • Misli Premyer liqa
  • 13:26 12.10.2024
"Turan Tovuz"un yeni bazası tikilir