8 avqust 2026. Şənbə

Essyen karyerasını Səbail'də bitirəcək


Essyen karyerasını Səbail'də bitirəcək

"Səbail" klubunun futbolçusu Maykl Essyen karyerasını bitirməyə hazırlaşır.

Corner.az Qana mətbuatına istinadən xəbər verir ki, afrikalı yarımmüdafiəçi futbolla Bakı klubunda vidalaşacaq.

İddiaya görə, yaşının çoxluğu onu bu qərara verməyə məcbur edir: "Essyen "Səbail"də oynamaqla, görünür, həm də futboldan sonrakı həyata hazırlaşır. Çünki o, U-19 komandasında baş məşqçinin köməkçisi işləməklə üzərinə məsuliyyət götürüb".

Məlumatda bildirilib ki, bu yay "dənizçilər"lə müqaviləsi başa çatacaq 38 yaşlı oyunçu mövsüm ləğv olunacağı halda, futboldan gedəcək: "Amma Premyer Liqa bərpa olunsa, Essyen mövsümü başa vurub sonra vidalaşacaq".

Qanalı futbolçunun karyerasını ölkəsinin "Liberty Professionals" klubunda başa vura biləcəyi də istisna olunmur. Lakin bununla bağlı heç bir tutarlı əsas yoxdur: "Onun özü də gələcəyi barədə dəqiq məlumat vermir", - bildirilib.

Qeyd edək ki, 2019-cu ilin martından "Səbail"də çıxış edən Maykl Essyen karyerası ərzində "Çelsi" (İngiltərə), "Real Madrid" (İspaniya) və "Milan" (İtaliya) kimi Avropa nəhənglərinin formasını geyinib.







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı