8 avqust 2026. Şənbə

Qarabağ'ın adı ilə süni manipulyasiya edilir


Qarabağ'ın adı ilə süni manipulyasiya edilir

"Transfer pəncərəsi aktuallaşdığı üçün bu tip xəbərlərin çıxması normaldır. Klubumuz bir sıra futbolçularla danışıq apara bilər. Hər transfer dönəmində belə xəbərlərlə rastlaşırıq. Doğru olduqda təsdiqləyirik".

Bunu "Qarabağ"ın mətbuat katibi Nurlan İbrahimov klubun transfer fəaliyyəti barədə danışarkən deyib. İbrahimov Bosniya və Herseqovina yığmasının və "Sarayevo"nun yarımmüdafiəçisi Amar Rahmanoviçlə maraqlandıqlarına dair xəbərləri təkzib edib.

Onun sözlərinə görə, əvvəllər də fərqli-fərqli futbolçuların adları "Qarabağ"la hallanıb: "Sonradan özünüz də şahidi olmusunuz ki, bunlar reallığı əks etdirmir. Danışdığımız futbolçuların əksəriyyətinin öz klubları ilə müqavilələri olduğundan, adətən, onların adlarını açıqlamırıq. Çünki açıqlasaq, bu, istər-istəməz qiymətə təsir edir, süni manipulyasiya edilir, şişirtmələr yaranır. Ona görə elə bir şey olsa belə, ondan uzaq dururuq".

Qeyd edək ki, ötən gün "Sportske" nəşri "Qarabağ"ın Amar Rahmanoviçlə ispaniyalı agentlər vasitəsilə danışıqlar apardığına dair xəbər yayıb (sportnet.az).







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı