8 may 2026. Cümə

Bizə dedi ki, gedirəm – Neftçi'dən açıqlama


Bizə dedi ki, gedirəm –  Neftçi'dən açıqlama

“Dabonun “Neftçi” ilə müaviləsi bitir. Müqavilənin bitməsinə 6 ay qalmış futbolçu istənilən klubla danışıq apara bilər”.

Corner.az xəbər verir ki, bu sözləri  “Neftçi”nin mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev Baqali Dabonun Kiprin “Apollon” klubu ilə müqavilə bağlaması xəbərinə münasibət bildirərkən deyib.

“Neftçi” rəsmisi fransalı hücumçunun “ağ-qaralar”la müqaviləsinin başa çatdığını və ona yeni sözləşmə təklif olunmadığını qeyd edib: “Əgər Dabo kimləsə danışıb və ya müqavilə bağlayıbsa, bizim buna münasibət bildirməyimiz düzgün deyil. Bu, futbolçunun şəxsi işidir. “Neftçi” tərəfindən ona müqavilə ilə bağlı yeni təklif olmayıb. O da gələn təklifi dəyərləndirib”.

R.Allahverdiyev ötən gecə “Neftçi”dən ayrıldığını açıqlayan Donald Geryenin məsələsinə də aydınlıq gətirib: “Gerye ilə müqaviləmiz dünən bitdi. Ona da qalması ilə bağlı heç bir təklif etmədik. Geryenin də təklifləri var idi. Gəldi bizə dedi ki, gedirəm”.

Xatırladaq ki, Gerye 2019, Dabo isə 2018-ci ildən “Neftçi”də çıxış edirdi.(qol)







Misli Premyer liqa

“Neftçi”dən inamlı qələbə
  • Misli Premyer liqa
  • 17:53 05.05.2026
“Neftçi”dən inamlı qələbə
60-cı qol
  • Misli Premyer liqa
  • 10:59 05.05.2026
60-cı qol
Mövsümün rekordu təkrarlandı
  • Misli Premyer liqa
  • 10:54 05.05.2026
Mövsümün rekordu təkrarlandı
Mövsümdə 3-cü, tarixdə 10-cu
  • Misli Premyer liqa
  • 10:34 05.05.2026
Mövsümdə 3-cü, tarixdə 10-cu
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
  • Misli Premyer liqa
  • 21:25 04.05.2026
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
“Zirə” “Qəbələ”ni məğlub etdi
  • Misli Premyer liqa
  • 20:33 03.05.2026
“Zirə” “Qəbələ”ni məğlub etdi