8 avqust 2026. Şənbə

Zirə 12 futbolçu ilə müqavilə imzaladı


Zirə 12 futbolçu ilə müqavilə imzaladı

"Zirə" müqaviləsi mayın 31-də başa çatan 12 futbolçu ilə yeni sözləşmə imzalayıb.

Corner.az xəbər verir ki, bu barədə klubun Mətbuat xidmətindən məlumat verilib.

Qapıçılar Boyan Zoqoviç (Monteneqro), Orxan Sadıqlı, Abdulla Seyidəhmədov, müdafiəçilər Miloş Bakraç (Monteneqro), Adrian Skarlatake (Rumıniya), Alvaro Ampuero (Peru), Yovan Krneta (Serbiya), Bəxtiyar Həsənalızadə, yarımmüdafiəçilər Şafik Tiqruca (Fransa), Tellur Mütəllimov, Nicat Süleymanov və hücumçu Riçard Qadzenin (Qana) müqavilələrinin müddəti cari mövsümün sonunadək uzadılıb.

Bildirilib ki, mövcud vəziyyətə görə federasiya klublara standart müqavilələr göndərib və oyunçularla sözləşmə bunun əsasında yenilənib.

Qeyd edək ki, N.Abdullayev ("Qarabağ") və A.Ampuero ("Deportivo Munisipal", Peru) icarə əsasında "Zirə"də çıxış edir.(report)







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı