8 avqust 2026. Şənbə

Qəbələ'nin daha iki futbolçusu Sabah'da


Qəbələ'nin daha iki futbolçusu Sabah'da

“Qəbələ”nin daha iki futbolçusu “Sabah” klubuna transfer olunacaq. 

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bunlar 18 yaşlı Samir Məhərrəmli və 19 yaşlı İdris İnqilablıdır. Yarımmüdafiəçilərin paytaxt klubuna keçidi ilə bağlı razılıq əldə olunub. Onlarla müvafiq olaraq, 3 illik və 4 illik müqavilələr imzalanıb. 

“Qəbələ” və “Sabah” arasında razılaşma 2019/2020 mövsümünün ardından qüvvəyə minəcək. Həmin vaxtdan Məhərrəmli ilə İnqilablı karyerasını Bakı təmsilçisində davam etdirəcək.

“Qəbələ” Futbol Akademiyasının yetirməsi olan yarımmüdafiəçilər Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının üzvləridir. Hər iki oyunçu UEFA Gənclər Liqasında “Qəbələ”nin formasını geyinib. İnqilablı cari mövsümdə əsas komandada da debüt edib. O, “qırmızı-qaralar”ın heyətində 4 matç keçirib.

Qeyd edək ki, bir müddət öncə Amin Seydiyevin də 2019/20 mövsümü başa çatdıqdan sonra “Sabah”a transferi ilə bağlı razılıq əldə olunub.







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı