23 iyun 2026. Çərşənbə axşamı

Premyer Liqamızın oyunlarında salamlaşma ləğv olundu


Premyer Liqamızın oyunlarında salamlaşma ləğv olundu

Azərbaycan Premyer Liqasının oyunlarında bəzi qadağalar tətbiq olunacaq.

Corner.az-ın məlumatına görə, bu barədə PFL-in çempionat və kubok oyunları ilə bağlı təlimatında bildirilib.

Belə ki, oyunun startından əvvəl salamlaşmaq, vımpel dəyişmək, kollektiv şəkil çəkdirmək, hakimlərin oyundan əvvəl bir-birinə dəstək salamlaşması ləğv olunub.

Bundan başqa, fasilə zamanı oyunçulara soyunub-geyinmə otağına getməmələri və stadionda dincəlmələri tövsiyə olunub (ciddi zərurət olmadığı təqdirdə). Komandalar soyunub-geyinmə otağına gedəcəklərsə, bu, növbəli şəkildə və sosial məsafə qorunmaqla edilməlidir. 1-ci meydan sahibi, sonra qonaq komanda stadionu tərk etməlidir.

Oyunçulara qol sevincini fərdi qeyd etməmək tövsiyə olunub. Oyundan sonra sağollaşmalar təmassız edilməlidir.

Matçdan sonra soyunub-geyinmə və duş otaqlarında sosial məsafənin qorunması, eləcə də meydan sahibi komandanın oyunçularına klubun bazasındakı otaqlarda duş qəbul etmələri tövsiyə olunub.







Misli Premyer liqa

"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
  • Misli Premyer liqa
  • 15:26 22.06.2026
"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 12:48 22.06.2026
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
"Araz-Naxçıvan"dan növbəti transfer
  • Misli Premyer liqa
  • 11:39 22.06.2026
"Araz-Naxçıvan"dan növbəti transfer
"Qarabağ" beşinci transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 20:55 21.06.2026
"Qarabağ" beşinci transferini reallaşdırdı