8 avqust 2026. Şənbə

Premyer Liqamızda tibbi maska taxacaq şəxslər - SİYAHI


Premyer Liqamızda tibbi maska taxacaq şəxslər - SİYAHI

Azərbaycan Premyer Liqasının oyunlarında tibbi maskalardan istifadə etməli olan şəxslər bəlli olub. 

Corner.az-ın məlumatına görə, bu barədə qərar təlimatlarda əksini tapıb. Oyunun startına qədər stadiona gələn hər kəs - oyunçular, məşqçilər, komandanın digər işlərə cavabdeh şəxsləri, hakimlər, təşkilati işlərə cavabdeh olan şəxslər, media, yayımçı telekanallar və digər şəxslər tibbi maskada olmalıdır. 

Matçın gedişində tibbi maska taxmayacaq şəxslər isə bunlardır: Baş məşqçi və isinmə hərəkətlərinə yollanan (maska taxılmamasına ancaq isinmə hərəkətləri zamanı icazə verilir) oyunçular və oyunun şərhçisi. 

Əvəzlənən oyunçu texniki zonaya qayıdacaqsa, tibbi maska taxmalıdır. Tibbi maskaların təqdim olunmasına hər komandanın həkimi nəzarət edir. 

Oyunlar açıq hava şəraitində keçirilsə də, hərəkətdə olmayan şəxslərin sosial məsafə qaydalarına tam əməl etmək imkanı olmadığı üçün tibbi maskalardan istifadə vacibdir.

Qeyd edək ki, Azərbaycan Premyer Liqası iyunun 21-də bərpa olunacaq.(report)







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı