18 mart 2026. Çərşənbə

Həftəsonu qadağaların olması çempionata təsir edəcək


Həftəsonu qadağaların olması çempionata təsir edəcək

"Məşqlərin bərpa olunması bizi sevindirir. Hamı ilk futbola başladığı gün kimi sevinclə çalışır. Komanda üzvləri çox həvəslidir". 

Corner.az xəbər verir ki, bu fikirləri "Zirə"nin futbolçusu Ağabala Ramazanov deyib.

27 yaşlı hücumçu məşqlərdə tələb olunan bütün qaydalara əməl ediklərini bildirib. Ramazanov Bakıda həftəsonu tətbiq olunan qadağaya da münasibət bildirib: "Bu, bizim üçün çox gözlənilməz qərar oldu. Amma nə edə bilərik? Dövlətimizin qanunu hamımız üçündür. Lakin həftəsonu qadağaların olması Premyer Liqanın bərpasına təsir edəcək. Bizə icazə verilən günlərdə maksimum məşq edib hazırlaşmalı, özümüzü və sağlamlığımızı qorumalıyıq". 

Premyer Liqa komandalarından yalnız "Qəbələ" bölgədə olduğu üçün məşq edə biləcək. Azərbaycan millisinin də şərəfini qoruyan oyunçu məsələ ilə bağlı bunu söyləyib: "İcazə versəydilər, biz də Qəbələdə qalıb məşq edərdik (gülür).

Forvard xüsusi karantin dönəmində çəki ilə bağlı problem yaşamadığını vurğulayıb: "Kökəlmək mənə yad olan xüsusiyyətdir. Əksinə karantin dönəmində 1 kilo arıqlamışam. Sadəcə hazırda öz formamdan uzağam. İnanıram ki, bu da zamanla düzələcək.  

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının iyunun 21-də bərpa olunması barədə qərar qəbul edilib. XXI turun oyunları bazar günü keçirilməlidir. Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda həftəsonu qadağalar 6-7 iyun üçün tətbiq edilib və 13-15 iyunda da tətbiqi nəzərdə tutulur.(report)







Misli Premyer liqa

Premyer Liqada 300-cü, tarixdə 400-cü
  • Misli Premyer liqa
  • 11:44 16.03.2026
Premyer Liqada 300-cü, tarixdə 400-cü
“Neftçi”nin 150-ci penaltisi
  • Misli Premyer liqa
  • 11:00 16.03.2026
“Neftçi”nin 150-ci penaltisi
Musa “100”ə çatdı
  • Misli Premyer liqa
  • 10:44 16.03.2026
Musa “100”ə çatdı
Tarixdə 9-cu
  • Misli Premyer liqa
  • 10:22 16.03.2026
Tarixdə 9-cu
Qərb derbisində qalib müəyyənləşmədi
  • Misli Premyer liqa
  • 16:57 15.03.2026
Qərb derbisində qalib müəyyənləşmədi
“Sabah” “İmişli”ni darmadağın etdi
  • Misli Premyer liqa
  • 18:12 14.03.2026
“Sabah” “İmişli”ni darmadağın etdi