18 mart 2026. Çərşənbə

Çempionatın ləğvi yaxşı qərar olardı


Çempionatın ləğvi yaxşı qərar olardı

"Məşqlərə başlamaq yaxşı idi. Yenidən yaşıl meydanlarda olmaq sevindiricidir".

Corner.az xəbər verir ki, bu fikirləri  "Səbail"in futboluçusu Rauf Əliyev deyib. 31 yaşlı hücumçu hazırlıq prosesində tələb olunan bütün qaydalara əməl etdiklərini söyləyib. Forvard həftə sonları üçün tətbiq olunan küçəyə çıxma qadağasına da münasibət bildirib: "Belə qadağa futbolçulara müəyyən çətinlik yaradacaq. Düzdür, az məşq etməli olacağıq, amma dövlətin hər bir qərarına əməl etməliyik".

Əliyev çempionatın vaxtından əvvəl yekunlaşmasının tərəfdarı olduğunu söyləyib: "Bu, mənim şəxsi fikrimdir: Belə gedişatdansa, çempionatın ləğvi yaxşı qərar olardı. Çünki sabah daha hansı qərarların veriləcəyini bilmirik".

Azərbaycan Premyer Liqasında yalnız "Qəbələ" klubu həftəsonları məşq edə bilir. Rauf Əliyev bunun digər komandalara haqsızlıq olmadığını bildirib: "Onların belə bir imkanı var və bundan istifadə edirlər".

Hücumçu xüsusi karantin dönəmində çəki ilə bağlı problem yaşamadığını deyib: "Sadəcə, uzun fasilədən sonra meydana qayıtmaq məşqlərdə bir az çətinliyə səbəb olur".

Əliyev son olaraq klubla yeni müqavilə barədə hələ ki, danışıq aparmadığını, mövsümün sonuna kimi "Səbail"də qalacağını söyləyib. Oyunçu evdə qaldığı müddətdə maaş problemi yaşamadıqlarını da vurğulayıb.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının iyunun 21-də bərpa olunması barədə qərar qəbul edilib. XXI turun oyunları bazar günü keçirilməlidir. Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda həftəsonu qadağaları 6-7 iyun üçün tətbiq edilib və 13 - 15 iyuna da nəzərdə tutulur.







Misli Premyer liqa

Premyer Liqada 300-cü, tarixdə 400-cü
  • Misli Premyer liqa
  • 11:44 16.03.2026
Premyer Liqada 300-cü, tarixdə 400-cü
“Neftçi”nin 150-ci penaltisi
  • Misli Premyer liqa
  • 11:00 16.03.2026
“Neftçi”nin 150-ci penaltisi
Musa “100”ə çatdı
  • Misli Premyer liqa
  • 10:44 16.03.2026
Musa “100”ə çatdı
Tarixdə 9-cu
  • Misli Premyer liqa
  • 10:22 16.03.2026
Tarixdə 9-cu
Qərb derbisində qalib müəyyənləşmədi
  • Misli Premyer liqa
  • 16:57 15.03.2026
Qərb derbisində qalib müəyyənləşmədi
“Sabah” “İmişli”ni darmadağın etdi
  • Misli Premyer liqa
  • 18:12 14.03.2026
“Sabah” “İmişli”ni darmadağın etdi