23 iyun 2026. Çərşənbə axşamı

Neftçi məni istəmir, mən də burada qalmağı


Neftçi məni istəmir, mən də burada qalmağı

"Neftçi" klubunun braziliyalı futbolçusu Dario Frederiko "Report"a müsahibə verib.Corner.az həmin müsahibəni təqdim edir:

- Təqribən 3 aylıq karantin dövründən sonra məşqləri bərpa etdiniz. Təəssüratlarınız necədir?

- Bir az qarışıq, qəribə hisslərdir. Əvvəl heç vaxt belə halla üzləşməmişəm. Amma artıq o günlər geridə qaldı. İndi əlimizdən gələnin ən yaxşısını etməliyik ki, tam hazır olaq.

- Komandalara mövsümün geridə qalan hissəsinə hazırlaşmaq üçün 3 həftə vaxt verilib. Sizcə, bu müddət optimal formaya qayıtmaq üçün kifayət edəcək?

- Az da olsa, bu müddət olduqca vacibdir. Verilən vaxtdan əvvəlki formamıza qayıtmaq və rəsmi oyun şəraitinə uyğunlaşmaq üçün maksimum istifadə etməliyik.

- Həftə sonları küçəyə çıxma qadağasına görə komandalar məşq edə bilmirlər. Bu amil futbolçulara necə təsir edəcək?

- Düşünürəm ki, təsir etməyəcək. Çünki onsuz da futbolçuların həftədə bir dəfə istirahət etməsi lazımdır.

- Azərbaycan Premyer Liqasının bərpasını arzulayanlarla yanaşı, mövsümün ləğvini istəyənlər də var. Bu mövzuda hansı fikirdəsiniz və sizcə, hansı qərar daha düzgün olar?

- Hər kəsin öz fikri var. Məncə, bundan sonra çempionatı davam etdirmək çox gecdir.

- Amma nəzərə alaq ki, çempionluq şansınız davam edir. Lider "Qarabağ"dan 8 xal geri qalırsınız. Mövsümün başa çatmasına isə hələ 8 tur var...

- Düzdür. Şans varsa, çempion olmaq üçün sonadək mübarizə aparmaq lazımdır.

- Bu ilin əvvəlində "Neftçi"dən getmək barədə düşünürdünüz. Fikrinizi dəyişməmisiniz?

- Xeyr. Onlar məni burada istəmirlər, mən də "Neftçi"də qalmağı. Çünki oynamıram, bu isə mənə çətinlik yaradır. Ehtiyatda oturmaqdan özüməinamı itirmişəm. Amma yalnız yaxşı təklif olacağı halda, komandadan ayrılacağam







Misli Premyer liqa

"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
  • Misli Premyer liqa
  • 15:26 22.06.2026
"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 12:48 22.06.2026
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
"Araz-Naxçıvan"dan növbəti transfer
  • Misli Premyer liqa
  • 11:39 22.06.2026
"Araz-Naxçıvan"dan növbəti transfer
"Qarabağ" beşinci transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 20:55 21.06.2026
"Qarabağ" beşinci transferini reallaşdırdı