8 avqust 2026. Şənbə

Bəlkə də, pandemiya futbolumuz üçün dönüş nöqtəsi olacaq


Bəlkə də, pandemiya futbolumuz üçün dönüş nöqtəsi olacaq

“Bəlkə də, pandemiya futbolumuz üçün dönüş nöqtəsi olacaq, futbolçularımız daha çox üzərlərində işləyəcəklər”.

Corner.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın kapitanı Rəşad Sadıqov ötən gün “Sabah”la keçirilən yoxlama oyunundan (5:0) sonra “CBC Sport”a açıqlamasında deyib.

37 yaşlı müdafiəçi koronavirus pandemiyasına görə martın əvvəlindən dayandırılan Premyer Liqanın bərpasının tərəfdarı olduğunu bildirib: “Biz futbolçular istəyirik ki, oynayaq, çempionat başa vurulsun. İdman prinsipləri deyilən bir şey var. Biz xal fərqi ilə irəlidəyik, ancaq burada başqa komandaların da haqları var. Biz istəmərik ki, çempionat vaxtından əvvəl başa vurulsun. Bunu digər rəqiblərə qarşı haqsızlıq kimi görürük. İstəyirik ki, çempionat təmiz idman prinsipləri ilə başa vurulsun. Amma futboldan əvvəl əsas millətimizin sağlığıdır. Qərar verilib ki, çempionat davam etdiriləcək. Ancaq hər gün statistiklara, göstəricilərə baxılır və ona uyğun olaraq qərarlar dəyişilə bilir. Biz hər şeyə hazırıq”







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı