8 avqust 2026. Şənbə

Komandanın oyunundan razı qaldım - Tərlan Əhmədov


Komandanın oyunundan razı qaldım - Tərlan Əhmədov

"İşimizə başlamaq xoşdur. Amma bu gün futbolçulardan nə isə tələb etmək düzgün deyil".

Corner.az-ın məlumatına görə, bunu "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov "Neftçi" ilə yoxlama oyunundan (1:3) sonra keçirilən mətbuat konfransında məğlubiyyəti şərh edərkən deyib.

49 yaşlı mütəxəssis bildirib ki, komandası cəmi 8 gündür məşqlərə start verib: "Bu müddətdə çalışmışıq ki, futbolçuları topa uyğunlaşdıraq. Səhvlər var, bunun üzərində iş gedir. Komandanın oyunundan razı qaldım. Fasilədən sonra fərqli oynadıq, rəqibə təzyiq etdik".

Əhmədovun sözlərinə görə, bu qədər fasilədən sonra gözəl futboldan danışmaq tezdir: "Futbolçuların psixoloji baryeri aşa bilmədiyi hiss olunurdu".







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı