8 avqust 2026. Şənbə

Təcrübəlilərə ehtiyac var - Elmar Baxşıyev


Təcrübəlilərə ehtiyac var - Elmar Baxşıyev

"Çətin durumdayıq və çətin olacağını bilirik. Əsas istəyimiz futbolçuları zədədən qorumaqdır və məşqlərimizi də buna uyğun qurmuşuq. Sırf zədəyə görə aparıcı oyunçularımızın bir neçəsi bugünkü məşqi buraxdı".

Corner.az-ın məlumatına görə, bunları "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev səfərdə "Sumqayıt"la 2:2 hesablı heç-heçə etdikləri yoxlama oyunundan sonra mətbuat konfransında deyib.

Gənc mütəxəssis bildirib ki, komandanın bir neçə futbolçusu "Sabah"a keçəcəyinə baxmayaraq, onlar hazırda "qırmızı-qaralar"a məxsusdurlar.

Baş məşqçi problemlərə rəğmən, komandanın yaşayacağına ümidli olduqlarını vurğulayıb: "Psixoloji durum qaydasındadır. Futbolçular tapşırıqları yerinə yetirməyə hazırdır. Amma indi vaxt bizi sıxır. Hələ bu cür durumda olmamışıq. İnanırıq ki, çempionat oyunlarında get-gedə öz oyunumuzu tapacağıq".

Baxşıyev gələn mövsüm üçün danışmağın hələ tez olduğunu bildirib: "Cari mövsümü layiqincə başa vurmaq və daha üst pillələrə qalxmaq istəyirik. Hazırda bizdə 2001-ci il təvəllüdlü futbolçular da oynayır. Bundan cavanları oynamayacaq. Təcrübəlilərə ehtiyac var".







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı