8 avqust 2026. Şənbə

Narazı olmağa haqqımız yoxdur - Ayxan Abbasov


Narazı olmağa haqqımız yoxdur - Ayxan Abbasov

"Uzun fasilədən sonra ilk oyunumuzu keçirdik. İki fərqli hissə oynadıq. Narazı olmağa haqqımız yoxdur. Ümumilikdə meydandakı hərəkətlilikdən razı qaldıq".

Corner.az-ın məlumatına görə, bunları "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov evdə "Qəbələ" ilə 2:2 hesablı heç-heçə etdikləri yoxlama oyunundan sonra mətbuat konfransında deyib.

Gənc mütəxəssis bildirib ki, hazırda bütün komandaların problemləri eynidir: "Çempionatın pik vaxtında belə sıxıntı ortaya çıxdı. Hər tur nə isə ola bilər. Futbolçuların üzərinə çox gedə bilməyəcəyik. Ola bilər ki, gözəllik baxımından çox şey görə bilməyək".

Abbasov çempionatın ləğvi barədə məlumata malik olmadıqlarını və klubda qalmaq istədiyini vurğulayıb: "Hər bir baş məşqçi heyətin güclənməsini istəyər. Bu gün gənclərimiz göz qabağındadır. Çempionat bitəndə rəhbərliklə danışacağıq.

Hazırda bütün fikrimiz "Sumqayıt"la bağlıdır. Bu şəhər, bu azarkeş və bu komanda avrokubokları haqq edir. Mövsüm bitdikdən sonra fikirlərimiz üst-üstə düşsə, yenidən anlaşacağıq. Burada hər şey məni qane edir, xoşbəxtəm".







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı