30 yanvar 2026. Cümə

Çempionatın davamını istəyirik - Elmar Baxşıyev


Çempionatın davamını istəyirik - Elmar Baxşıyev

“Futbolçulardan çox razıyıq. Çünki bu ağır dönəmdə meydanda ən yaxşısını etməyə çalışırlar. Bunu məşq prosesində də hiss edirik. İnanıram ki, getdikcə komanda daha məzmunlu futbol göstərib əvvəlki oyununu qaytaracaq".

Corner.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev  "Neftçi"yə 1:2 hesabı ilə uduzduqları yoxlama matçından sonra mətbuat konfransında deyib.

"Çempionatın keçirilməsinin tərəfdarıyam. İdman prinsipləri var. Hansı komanda layiqli yeri tutacaqsa, ölkəmizi avrokubokda təmsil etsin. Biz komanda olaraq çempionatın davamını istəyirik" - deyə o bildirib.

E.Baxşıyev Merab Qiqaurinin yüngül zədəsi olduğunu vurğulayıb: "Risk edib onu iki matçda oynatmaq istəmədik. O, müqavilə ilə bizə məxsusdur. Qarşıdakı görüşlərdə onun köməyi dəyəcək. Oyun hər şeydən üstündür. Məşq prosesi də aparıb oyuna çıxarır. “Neftçi” iyunun 13-də oynamağı təklif etdi və bunun üzərində dayandıq”.







Misli Premyer liqa

“Sabah”dan "Şamaxı"ya
  • Misli Premyer liqa
  • 18:47 28.01.2026
“Sabah”dan "Şamaxı"ya
"Sabah" onunla yollarını ayırıb
  • Misli Premyer liqa
  • 13:37 26.01.2026
"Sabah" onunla yollarını ayırıb
"Neftçi" evdə “Zirə” ilə heç-heçə etdi
  • Misli Premyer liqa
  • 20:53 23.01.2026
"Neftçi" evdə “Zirə” ilə heç-heçə etdi