18 mart 2026. Çərşənbə

Çempionatla bağlı proqnoz vermək çox çətindir


Çempionatla bağlı proqnoz vermək çox çətindir

"Qısamüddətli məşqdən sonra "Qarabağ"la yoxlama matçına çıxdıq. Bu səbəbdən belə rəqibə qarşı futbolçulardan yüksək keyfiyyətli oyun gözləmək olmaz".

Corner.az xəbər verir ki, bu fikirləri "Sabah"ın futbolçusu Filip İvanoviç "Qarabağ"a 0:5 hesabı ilə uduzduqları yoxlama matçı barədə danışarkən deyib.

28 yaşlı müdafiəçi bildirib ki, "Zirə"ni 1:0 hesabı ilə məğlub etdikləri ikinci yoxlama oyununda komanda olaraq daha yaxşı təsir bağışlayıblar. Serbiyalı oyunçu hələ istədikləri formadan uzaq olduqlarını sözlərinə əlavə edib. İvanoviç deyib ki, önəmli olan matçların zədəsiz yekunlaşmasıdır. 

Müdafiəçi Premyer Liqa bərpa olunandan sonra "Sabah"ın hansı nəticəni əldə edə biləcəyinə də toxunub: "Klubların hamısının üzləşdiyi uzunmüddətli fasilədən sonra çempionatla bağlı proqnoz vermək çox çətindir. Hər halda, mövsüm davam edərsə, ən yaxşı şəkildə mübarizə aparmaq və Avropa Liqasına vəsiqə qazanmaq istəyirik".

İvanoviç çempionatın bərpası ilə bağlı öz fikirlərini də bölüşüb: "Ailəmizin və insanların sağlamlığı prioritet olmalıdır. İnsanların qorunması ilə bağlı hər qərarı dəstəkləyirəm. Çempionatla bağlı qərar verən qurumlar var, biz isə icra edirik".

Serbiyalı oyunçu 21-ci turda qarşılaşacaqları "Keşlə" ilə oyun haqqında isə bunları deyib: "Çempionat davam edərsə, əlimizdən gələni etməyə çalışacağıq. "Keşlə" fasiləyə qədər çox yaxşı oyun nümayiş etdirib. Bu qarşılaşmada yaxşı nəticəyə ümid edirik". 

Qeyd edək ki, koronavirus pandemiyasına görə martda dayandırılan Azərbaycan Premyer Liqası iyunun 21-də bərpa olunmalıdır.(report)







Misli Premyer liqa

Premyer Liqada 300-cü, tarixdə 400-cü
  • Misli Premyer liqa
  • 11:44 16.03.2026
Premyer Liqada 300-cü, tarixdə 400-cü
“Neftçi”nin 150-ci penaltisi
  • Misli Premyer liqa
  • 11:00 16.03.2026
“Neftçi”nin 150-ci penaltisi
Musa “100”ə çatdı
  • Misli Premyer liqa
  • 10:44 16.03.2026
Musa “100”ə çatdı
Tarixdə 9-cu
  • Misli Premyer liqa
  • 10:22 16.03.2026
Tarixdə 9-cu
Qərb derbisində qalib müəyyənləşmədi
  • Misli Premyer liqa
  • 16:57 15.03.2026
Qərb derbisində qalib müəyyənləşmədi
“Sabah” “İmişli”ni darmadağın etdi
  • Misli Premyer liqa
  • 18:12 14.03.2026
“Sabah” “İmişli”ni darmadağın etdi