13 avqust 2026. Cümə axşamı

Ölkədəki vəziyyətə uyğun addım atıldı


Ölkədəki vəziyyətə uyğun addım atıldı

"Sabah"ın baş məşqçisi Jelko Sopiç AFFA İcraiyyə Komitəsinin Azərbaycan Premyer Liqasının dayandırılması ilə bağlı qərarına münasibət bildirib.

Xorvatiyalı mütəxəssis "Report"a açıqlamasında qərarın onlar üçün sevindirici olmadığını söyləyib.

O bildirib ki, çempionatı davam etdirmək daha yaxşı olardı: "Nə deyə bilərəm? AFFA-nın qərarıdır. Ölkədəki vəziyyətə uyğun addım atıldı. Əlbəttə, buna görə sevinmirik. Amma qərarla razılaşmalıyıq. Ümid edirəm ki, yeni mövsüm bir qədər tez başlayacaq".

Qeyd edək ki, AFFA İK bu gün Azərbaycan Premyer Liqası və kubokunda cari mövsümün dayandırılması ilə bağlı qərar qəbul edib. "Sabah" Premyer Liqanı 21 xalla 6-cı pillədə başa vurub.







Misli Premyer liqa

“Şəfa” braziliyalı hücumçu transfer edib
  • Misli Premyer liqa
  • 17:36 12.08.2026
“Şəfa” braziliyalı hücumçu transfer edib
“Kəpəz”dən yeni transfer
  • Misli Premyer liqa
  • 16:22 11.08.2026
“Kəpəz”dən yeni transfer