8 avqust 2026. Şənbə

Klublar boş-boşuna pul xərclədilər


Klublar boş-boşuna pul xərclədilər

"Bu qərarı necə qəbul etmək olar? Bəlkə də çempionatı davam etdirmək mümkün idi, amma belə qərar verildi".

Corner.az xəbər verir ki, bu fikirləri  "Zirə"nin kapitanı Cavid Hüseynov Azərbaycan Premyer Liqası və ölkə kubokunda cari mövsümün dayandırılması ilə bağlı qərara münasibət bildirərkən deyib.

31 yaşlı yarımmüdafiəçi avrokuboklara gedən komanları təbrik etməklə yanaşı, bildirib ki, Avropa Liqasına vəsiqə üçün digər klubların da şansları var idi: "Çünki mövsümün bitməsinə 8 tur qalmışdı və xallar aşağı-yuxarı eyni idi".

Təcrübəli oyunçu "Mövsüm daha əvvəl ləğv edilməli idimi?" sualına belə cavab verib: "Mövsümün bərpasına hazırlaşmaq maddi baxımdan da klublar üçün çətin oldu və boş-boşuna pul xərclədilər. Mən deyə bilmərəm ki, əvvəldən nəyə görə çempionatın ləğvi ilə bağlı qərar verə bilmirdilər. Bu, müvafiq qurumların işidir".

Qeyd edək ki, "Zirə" 23 xalla mövsümü 5-ci pillədə başa vurub və Avropa Liqasına vəsiqə qazana bilməyib. Əvəzində isə eyni xala malik "Sumqayıt" 4-cü yerin sahibi kimi tarixində ilk dəfə avrokuboklarda iştirak edəcək.(report)







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı