8 avqust 2026. Şənbə

Zirə'nin kapitanının cəzası gələn mövsümə qaldı


Zirə'nin kapitanının cəzası gələn mövsümə qaldı

 Azərbaycan Premyer Liqasının başa çatan mövsümdən qalan sarı vərəqə cəzaları silinəcək. 

Corner.az-ın məlumatına görə, yeni - 2020/2021 mövsümü üçün yalnız qırmızı vərəqələr qüvvədə qalacaq. 

2019/2020 mövsümündə yalnız "Zirə"nin kapitanı Cavid Hüseynov 4 oyunluq cəzasını tam çəkməyib. 31 yaşlı yarımmüdafiəçi 17-ci turda "Qarabağ"a 0:6 hesabı ilə uduzduqları görüşdə baş hakim Rəhim Həsənovu təhqir edib və 4 oyunluq cəza alıb. Premyer Liqa 20-ci turda dayandırıldığından, Hüseynov qalan 1 matçlıq cəzasını 2020/2021 mövsümünün ilk turunda çəkəcək. 

Qeyd edək ki, AFFA İcraiyyə Komitəsinin qərarına əsasən "Qarabağ" mövsümün qalibi olub. "Neftçi" gümüş, "Keşlə" isə bürünc medala sahib olub. 5-ci yeri tutan "Zirə" "Sumqayıt"la eyni xala malik olsa da, avrokuboklardan kənarda qalıb. Əvəzində "gənclik şəhəri" təmsilçisi top fərqində daha üstün olduğu üçün Avropa Liqasına vəsiqə qazanıb







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı