8 avqust 2026. Şənbə

Sumqayıt onlarla yollarını ayırır?


Sumqayıt onlarla yollarını ayırır?

“Aleksey İsayevlə dünən danışmışam. Avroliqaya vəsiqə qazandığımızı eşidib, zəng etmişdi”.

Corner.az xəbər verir ki, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov deyib.

Müqaviləsi mövsümün sonuna qədər nəzərdə tutulan Aleksey İsayev və Əmir Ağayevin komandadan ayrılması xəbərlərinə münasibət bildirən çalışdırıcı hələlik bu futbolçularla bağlı qərar verilmədiyini bildirib. O, Aleksey İsayevin “Sumqayıt”ın Avroliqaya vəsiqə qazanmasına çox sevindiyini qeyd edib:

“Sevincinin həddi-hüdudu yox idi. Bildirdi ki, “Sumqayıt”ın Avroliqaya düşməyini çox istəyirmiş. Ancaq gələcək karyerası haqda söhbətimiz olmadı. Yəni mənə gələcək klubu ilə bağlı qərar vermədiyini dedi.
Əmir Ağayev də bizim önəmli futbolçularımızdandır. O da öz liderlik bacarığı ilə seçilir. Onu transfer edəndə bacarığını bilirdik. Hətta Azərbaycan millisinə rahat şəkildə dəvət ala biləcəyini bilirdik. Gələn il komandada görmək istədiyim futbolçulardan biri də Əmirdir. Yəqin ki, müqaviləsi başa çatacaq futbolçular haqda  yaxın vaxtlarda klubdaxili danışıq olacaq və rəsmi qərar veriləcək”.

A.Abbasov “Sumqayıt”ın Avroliqa üçün transfer planları barədə də danışıb: “Komandadan kiminsə ayrılıb-ayrılmayacağından asılı olmayaraq, güclənməyə ehtiyacımız var. Bunun üzərində seleksiya aparacağıq. Nəzərimizdə olan futbolçular var. İstərdim ki, onları komandamızda görüm. Təbii ki, maliyyə imkanlarımız da buna cavab verməlidir.

Klubun Müşahidə Şurası, sponsoru var. Onların da arzusu idi ki, komanda Avroliqaya çıxsın. İndi arzularına çatıblar. İnanıram ki, “Sumqayıt”ın güclənməsi üçün nəyə gücləri çatırsa, edəcəklər”.(qol)







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı