5 noyabr 2026. Cümə axşamı

Neftçi legioneri ilə yollarını ayırdı


Neftçi legioneri ilə yollarını ayırdı

"Neftçi” klubu müqavilə müddəti başa çatan futbolçusu Soni Mustivarla yollarını ayırıb. 

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, haitili yarımmüdafiəçiyə gələcək karyerasında uğurlar arzulanıb. 

Flaqman daha əvvəl Mustivarın həmyerlisi Donald Gerye ilə vidalaşıb. 

Qeyd edək ki, Soni Mustivar "Neftçi”də keçirdiyi üç mövsüm ərzində 56 oyunda meydana çıxıb, 3 qol vurub.







Misli Premyer liqa