18 mart 2026. Çərşənbə

Rəşad Sadıqov karyerasını başa vurdu


Rəşad Sadıqov karyerasını başa vurdu

Millimizin sabiq müdafiəçisi, "Qarabağ"ın kapitanı Rəşad Sadıqov futbolçu karyerasını başa vurub.

Corner.az xəbər verir ki, bu barədə Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov məlumat verib: "Əvvəl də fikirlərimizdə bildirmişdik ki, onun son mövsümüdür. Ona təşəkkür etmək istəyirəm. Klub üçün çox böyük işlər gördü, bütün futbolçulara dəstək oldu. Mənim üçün bir məşqçi olaraq belə futbolçu ilə ayrılmaq çətindir. Əvvəlcədən bu qərarı vermişdik. Əslində, o keçən il karyerasını bitirmək istəyirdi, mən qoymamışdım".

O, R.Sadıqovun məşqçi kimi klubda qalıb-qalmayacağı ilə bağlı sualı isə belə cavablandırıb:"Konkret cavab verə bilməyəcəyəm. Bir qədər vaxt lazımdır ki, hər şeyi götür-qoy edək. Çox istəyərəm ki, bir yerdə olaq. Qoy, bir az istirahət etsin, özümüz də futboldan uzaq olaq. Ondan sonra qərar verəcəyik".

Qeyd edək ki, R.Sadıqov peşəkar futbolçu karyerasına 2000-ci ildə "Turan"da başlayıb. Sadıqov “Neftçi”, “Fulad” (İran), “Kayserispor”, “Kocaelispor” və “Eskişehirspor”da (hamısı Türkiyə) da oynayıb. 38 yaşlı müdafiəçi 2009-2010-cu illər və 2011-ci ildən indiyə kimi "Qarabağ"da çıxış edirdi.







Misli Premyer liqa

Premyer Liqada 300-cü, tarixdə 400-cü
  • Misli Premyer liqa
  • 11:44 16.03.2026
Premyer Liqada 300-cü, tarixdə 400-cü
“Neftçi”nin 150-ci penaltisi
  • Misli Premyer liqa
  • 11:00 16.03.2026
“Neftçi”nin 150-ci penaltisi
Musa “100”ə çatdı
  • Misli Premyer liqa
  • 10:44 16.03.2026
Musa “100”ə çatdı
Tarixdə 9-cu
  • Misli Premyer liqa
  • 10:22 16.03.2026
Tarixdə 9-cu
Qərb derbisində qalib müəyyənləşmədi
  • Misli Premyer liqa
  • 16:57 15.03.2026
Qərb derbisində qalib müəyyənləşmədi
“Sabah” “İmişli”ni darmadağın etdi
  • Misli Premyer liqa
  • 18:12 14.03.2026
“Sabah” “İmişli”ni darmadağın etdi