8 avqust 2026. Şənbə

Qarabağ daha bir futbolçusu ilə yollarını ayırdı


Qarabağ daha bir futbolçusu ilə yollarını ayırdı

"Qarabağ" klubu son olaraq icarə əsasında "Zirə"də çıxış etmiş Nicat Süleymanovla yollarını ayırıb. 

Süleymanov "Report"a açıqlamasında azad agent statuslu futbolçuya çevrildiyini bildirib. 

O, "Zirə"də qalıb-qalmayacağının sual altında olduğunu söyləyib: "Məni komandada daha bir mövsüm görmək istədiklərini demişdilər və yeni müqavilə təklif etmişdilər. Komandanın hazırkı durumu isə bəlli deyil. "Qarabağ"dan transfer kağızımı götürəndən sonra "Zirə" mənimlə əlaqə saxlamayıb. Klubda kimin qalıb-qalmayacağı bəlli deyil. Ona görə hələ ki, gözləyirəm". 

Qeyd edək ki, "Qarabağ" daha öncə qapıçı Vaqner da Silva, müdafiəçilər Ailton Silva və Faysal Rerrasla yollarını ayırıb. 







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı