6 dekabr 2025. Şənbə

Əgər ayrılsam, geri dönmək problem olacaq


Əgər ayrılsam, geri dönmək problem olacaq

"Səbail"in ukraynalı qapıçısı Aleksandr Rıbka ölkəsinin "zbirna.com" saytına müsahibə verib. Corner.az həmin müsahibəni təqdim edir:

-Aleksandr, koronavirus pandemiyası səbəbindən Azərbaycan çempionatının vaxtından əvvəl bitdiyinə təəccüblənmədin?

- Vəziyyət yaxşılaşmır. Şəhər yenidən karantindədir. Çöldə qısa müddət - maksimum iki saat qala bilirik. Belə qaydalar əvvəllər tətbiq edilmişdi, indi də təkrarlanır. İnsident azalmır, buna görə də karantinin yumşadılması barədə danışılmır.

- Futbolçular harada tapşırıqları yerinə yetirir? Özünüz evdə məşq edirsiniz?

- Təlimlər yoxdur, məşq etməyə icazə verilmir. Əlbəttə ki, bu da tətil adlandırıla bilməz. Ümumiyyətlə, evdə oturub bacardığım qədər istirahət edirəm.

- Ukraynaya qayıtmağın yolu yoxdur?

- Ukraynaya çarter reysi ilə uçmaq imkanı var. Ancaq klubumuz qəti şəkildə buna qarşıdır, çünki daha bir il müqaviləm var. Əgər ayrılsam, geri dönmək problem olacaq. Hələlik vəziyyət belə görünür. Bəlkə də sonrada bir şey dəyişəcək.

- Mövcud vəziyyətlə əlaqədar olaraq müqavilənizin maliyyə şərtləri yerinə yetirilirmi?

- Bu barədə hələ heç nə müzakirə edilməyib. Bildiyimə görə, heç bir dəyişiklik gözlənilmir. Müqavilədə yazılanlar qüvvədə qalacaq.

- “Qarabağ” çempion , "Neftçi" ikinci, "Keşlə" isə 3-cü oldu...

 -Düşünürəm ki, hər şey normaldır. Bu üç komanda mövsüm ərzində yaxşı çıxış etdilər. Xüsusi ilə də “Keşlə” irəlilədi.

- Gələcək planlarınız nələrdir? Müqavilənin sonuna qədər Azərbaycanda qalacaqsınız?

-Bəli, karantin yumşaldılana qədər burada gözləyəcəyəm. Ümid edirəm ki, hər şey düzələcək və həyat əvvəlki tərzinə qayıdacaq. Əsas odur ki, insanlar xəstələnməsin və bu virusdan ölməsinlər.







Misli Premyer liqa

Məhsuldarlıq antirekordu
  • Misli Premyer liqa
  • 10:57 05.12.2025
Məhsuldarlıq antirekordu