8 may 2026. Cümə

PFL Neftçi və Keşlə'ni mükafatlandırdı


PFL Neftçi və Keşlə'ni mükafatlandırdı

Ötən mövsüm Azərbaycan Premyer Liqasını II və III pillədə başa vuran "Neftçi" və "Keşlə" klubları medallarına qovuşublar.

Corner.az-ın məlumatına görə, Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev, qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev və texniki idman şöbəsinin rəisi Elgiz Abbasov əvvəlcə "Keşlə"nin bazasında olublar.

PFL rəsmiləri bürünc medalları klubun prezidenti Zaur Axundova təqdim ediblər.

Onlar daha sonra isə "Neftçi"nin bazasına yollanaraq gümüş medalları klubun idman direktoru Ceyhun Sultanova və komandanın baş məşqçisi Füzuli Məmmədova veriblər.

Ölkədə tətbiq olunan karantin rejimi ilə əlaqədar mükafatlandırmada heç bir klubun futbolçuları iştirak etməyiblər. Medallar daha sonra klublar tərəfindən oyunçulara paylanacaq.

Qeyd edək ki, PFL daha əvvəl "Azersun Arena"da baş tutan mükafatlandırma mərasimində 2019/2020 mövümünün çempionu "Qarabağ"a kubok və medalları təqdim edib.







Misli Premyer liqa

“Neftçi”dən inamlı qələbə
  • Misli Premyer liqa
  • 17:53 05.05.2026
“Neftçi”dən inamlı qələbə
60-cı qol
  • Misli Premyer liqa
  • 10:59 05.05.2026
60-cı qol
Mövsümün rekordu təkrarlandı
  • Misli Premyer liqa
  • 10:54 05.05.2026
Mövsümün rekordu təkrarlandı
Mövsümdə 3-cü, tarixdə 10-cu
  • Misli Premyer liqa
  • 10:34 05.05.2026
Mövsümdə 3-cü, tarixdə 10-cu
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
  • Misli Premyer liqa
  • 21:25 04.05.2026
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
“Zirə” “Qəbələ”ni məğlub etdi
  • Misli Premyer liqa
  • 20:33 03.05.2026
“Zirə” “Qəbələ”ni məğlub etdi