8 may 2026. Cümə

Səbail Essyenlə yollarını ayırdı


Səbail Essyenlə yollarını ayırdı

"Səbail" klubu ulduz futbolçusu Maykl Essyenlə yollarını ayırıb. 

Corner.az xəbər verir ki, bu barədə "Report"a klubun Müşahidə Şurasının üzvü Cahangir Həsənzadə məlumat verib. Onun sözlərinə görə, qanalı yarımmüdafiəçinin başa çatan müqaviləsi uzadılmayıb.

Həsənzadə Essyenə hazırda klubda və akademiyada hansısa vəzifə verilməsi ilə bağlı müzakirələrin getmədiyini söyləyib: "Daha əvvəl belə bir niyyət var idi. Kluba gələndə öz istəyi idi ki, klubumuzun U-19 komandasında köməkçi-məşqçi qismində çalışsın. Biz də bunda maraqlı idik. Düşünürdük ki, belə bir dünya səviyyəli oyunçu futbolun sirlərini bizim yeniyetmələrimizə aşılasın. Belə futbolçular Azərbaycana az sayda gəlir. Amma təəssüf ki, müqaviləsi bitəndən sonra bu məsələ gündəmə gəlmədi".

Millimizin sabiq qapıçısı "Maykl Essyen "Səbail"dən birdəfəlik getdi" sualına belə cavab verib: "Bəli, elədir. İyulun 18-də Bakıdan Londona uçacaq".

Qeyd edək ki, Maylk Essyen "Səbail"ə 2019-cu ilin martında keçmişdi. O, karyerası ərzində İngiltərənin "Çelsi", İspaniyanın "Real Madrid" və İtaliyanın "Milan" klublarının şərəfini qoruyub.   







Misli Premyer liqa

“Neftçi”dən inamlı qələbə
  • Misli Premyer liqa
  • 17:53 05.05.2026
“Neftçi”dən inamlı qələbə
60-cı qol
  • Misli Premyer liqa
  • 10:59 05.05.2026
60-cı qol
Mövsümün rekordu təkrarlandı
  • Misli Premyer liqa
  • 10:54 05.05.2026
Mövsümün rekordu təkrarlandı
Mövsümdə 3-cü, tarixdə 10-cu
  • Misli Premyer liqa
  • 10:34 05.05.2026
Mövsümdə 3-cü, tarixdə 10-cu
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
  • Misli Premyer liqa
  • 21:25 04.05.2026
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
“Zirə” “Qəbələ”ni məğlub etdi
  • Misli Premyer liqa
  • 20:33 03.05.2026
“Zirə” “Qəbələ”ni məğlub etdi