10 may 2026. Bazar günü

Qarabağ'ın yeni transferindən ilk açıqlama


Qarabağ'ın yeni transferindən ilk açıqlama

Növbəti mövsümə hazırlaşan "Qarabağ" futbol klubu heyətini gücləndirməyə davam edir.

Corner.az xəbər verir ki, Ağdam təmsilçisi Portuqaliyanın "Çaves" klubunun mərkəz müdafiəçisi Kevin Medinanı transfer edib. 27 yaşlı futbolçuyla 3 illik müqavilə imzalanıb.

Karyerası Portuqaliya ilə bağlı olan Medina keçən ilin yayından "Çaves"də çıxış edib. O, daha əvvəl "Akademiko Vizeu", "Pinhalnovense", "Sintrense", "Moura" və "Naval"ın da formasını geyinib. Kolumbiyalı mərkəz müdafiəçisi bu mövsüm 16 matçda meydana çıxıb.

Yeni transfer keçidi haqda öz fikirlərini klubun mətbuat xidmətinə açıqlamasında bildirib:

"Yeni klubuma gəldiyim üçün çox xoşbəxtəm. Təbii ki, "Qarabağ" barədə nə eşitmişdimsə, hamısı müsbət idi. Buna görə də, səbrsizliklə yeni komandama qoşulmağı gözləyirdim. Nəhayət, buradayam, sevincliyəm. Ümumi götürsək, çox xoşbəxtəm və klub barədə ancaq müsbət şeylər eşitmişdim. Əlimdən gələni edəcəm ki, öz oyunumla azarkeşlərin sevimli futbolçularından biri olum. Bilirəm ki, "Qarabağ" ardıcıl 7 dəfə çempion olub və hansı komandaya gəldiyimin fərqindəyəm. Çalışacam ki, komandanın uğurlarına kömək edim"







Misli Premyer liqa

Premyer Liqada 200-cü oyun
  • Misli Premyer liqa
  • 18:01 09.05.2026
Premyer Liqada 200-cü oyun
“Kəpəz” səfərdə çempionu məğlub etdi
  • Misli Premyer liqa
  • 23:14 08.05.2026
“Kəpəz” səfərdə çempionu məğlub etdi
“Neftçi”dən inamlı qələbə
  • Misli Premyer liqa
  • 17:53 05.05.2026
“Neftçi”dən inamlı qələbə
60-cı qol
  • Misli Premyer liqa
  • 10:59 05.05.2026
60-cı qol