8 may 2026. Cümə

Bizə dedilər ki, hər şey yaxşı olacaq


Bizə dedilər ki, hər şey yaxşı olacaq

"Klubla danışığımız oldu və komandada qaldıq. Bizə dedilər ki, hər şey yaxşı olacaq".

Corner.az xəbər verir ki, bu fikirləri "Report"a açıqlamasında "Qəbələ"nin kapitanı Anar Nəzirov əyalət təmsilçisi ilə yeni müqavilə imzalaması barədə danışarkən deyib. 

35 yaşlı qapıçı "Qəbələ"nin yenidən mübariz komanda yaratmaq istədiyini bildirib. Nəzirov ilk olaraq hazırkı klubu ilə danışmağı üstün tutduğunu vurğulayıb: "Mənim başqa təklifim də var idi. Hər şeyi götür-qoy edəndən sonra qalmağa razılıq verdim".

Qolkiper yeni mövsümdəki hədəfləri barədə danışmağın hələ tez olduğunu sözlərinə əlavə edib: "Çempionat barədə əvvəlcədən danışmaq olmur. Çalışacağıq ki, mübariz komanda formalaşdıra bilək. Klubun büdcəsi hələ tam bilinmir. Rəhbərlik də ona uyğun komanda yığmaq niyyətindədir. Klub rəsmiləri də açıqlamalarında bildiriblər ki, hər şey büdcədən asılı olacaq. Bəlkə, büdcə istənilən səviyyədə oldu, həmin an heyətə yaxşı futbolçular cəlb edilə bilər. Onda isə başqa "Qəbələ" görə bilərik".

Qeyd edək ki, "Qəbələ" Anar Nəzirovdan başqa Asif Məmmədov, Rasim Ramaldanov və Sadiq Quliyevlə yeni mövsüm üçün razılıq əldə edib. Klub Rodriqo Qattas və Merab Giqauri ilə vidalaşıb. 

Daha əvvəl "Qəbələ"dən Amin Seydiyev, İdris İnqilablı və Samir Məhərrəmli "Sabah"a, Klesio Bauk isə "Zirə"yə keçib. 







Misli Premyer liqa

“Neftçi”dən inamlı qələbə
  • Misli Premyer liqa
  • 17:53 05.05.2026
“Neftçi”dən inamlı qələbə
60-cı qol
  • Misli Premyer liqa
  • 10:59 05.05.2026
60-cı qol
Mövsümün rekordu təkrarlandı
  • Misli Premyer liqa
  • 10:54 05.05.2026
Mövsümün rekordu təkrarlandı
Mövsümdə 3-cü, tarixdə 10-cu
  • Misli Premyer liqa
  • 10:34 05.05.2026
Mövsümdə 3-cü, tarixdə 10-cu
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
  • Misli Premyer liqa
  • 21:25 04.05.2026
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
“Zirə” “Qəbələ”ni məğlub etdi
  • Misli Premyer liqa
  • 20:33 03.05.2026
“Zirə” “Qəbələ”ni məğlub etdi