8 avqust 2026. Şənbə

Arzum Braziliya millisində oynamaqdır


Arzum Braziliya millisində oynamaqdır

"Neftçi"yə menecerimin vasitəçiliyi ilə gəlmişəm. Təklif alandan sonra klub haqqında maraqlandım. Öyrəndim ki, ölkənin ən zəngin tarixə malik klubudur, güclü komandadır. Bu isə təklifi qəbul etməyimdə kömək oldu".

Corner.az-ın məlumatına görə, bu fikirləri "Neftçi"nin yeni transferi Rener Alves De Souza klubun televiziyasına müsahibəsində deyib. 

19 yaşlı müdafiəçi bildirib ki, "Neftçi" onun Avropadakı ilk klubudur. Braziliyalı oyunçu Avropa Liqasındakı çıxışlarından çox şey gözlədiyini söyləyib: "İnanıram ki, komanda şəklində yaxşı hazırlaşacaq və qarşıya qoyulan məqsədlərə çatacağıq". 

Rener Alves De Souza şəxsi hədəfləri barəsində də danışıb: "Əsas məqsədim öz üzərimdə çalışmaq və mövsümboyu yüksək səviyyədə çıxış etməkdir. Ən böyük arzularımdan biri isə Braziliya millisində oynamaqdır. İstəyimə çatmaq üçün dayanmadan çalışmalıyam".  

Qeyd edək ki, "Neftçi" Rener Alves De Souza ilə 2+1 illik müqavilə imzalayıb







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı