10 may 2026. Bazar günü

Premyer Liqamızda mövsümün startı ilə bağlı açıqlama


Premyer Liqamızda mövsümün startı ilə bağlı açıqlama

Azərbaycan Premyer Liqasında 2020/2021 mövsümü avqust ayında başlayacaq. 

Corner.az xəbər verir ki, bu barədə Qol.az-a Peşəkar Futbol Liqasının mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aslan Şahgəldiyev məlumat verib.


Onun sözlərinə görə, çempionatın startı ilə bağlı gələn ay üçün müxtəlif tarixlər müzakirə olunur: “İşçi qrupu bu məsələ üzərində işləyir. Çempionatın startını onlar müəyyənləşdirəcək. Müzakirələr yekunlaşandan sonra açıqlayacağıq. Müxtəlif variantlar var. Avqustun 14-ü, 21-i variantı müzakirə edilib. Avqustun sonuna qədər də uzana bilər. Bu, Operativ Qərargahın karantin qaydası ilə əlaqədar çıxaracağı yeni qərardan asılıdır. Hər gün statistikada dəyişiklik olur. Ona görə də işçi qrupu bizə müraciət etdikdən sonra dəqiq tarix müəyyənləşdiriləcək”.

A.Şahgəldiyev “mövsümün startı ən pis halda nə vaxta qədər uzana bilər” sualını isə belə cavablandırıb: “Biz pis tərəfini düşünmürük. Bizim düşündüyümüz yalnız odur ki, çempionat avqust ayında başlasın”.

Xatırladaq ki, Premyer Liqamızda 2019/2020 mövsümü koronavirus pandemiyasına görə erkən başa vurulub və lider “Qarabağ” çempion elan edilib.







Misli Premyer liqa

Premyer Liqada 200-cü oyun
  • Misli Premyer liqa
  • 18:01 09.05.2026
Premyer Liqada 200-cü oyun
“Kəpəz” səfərdə çempionu məğlub etdi
  • Misli Premyer liqa
  • 23:14 08.05.2026
“Kəpəz” səfərdə çempionu məğlub etdi
“Neftçi”dən inamlı qələbə
  • Misli Premyer liqa
  • 17:53 05.05.2026
“Neftçi”dən inamlı qələbə
60-cı qol
  • Misli Premyer liqa
  • 10:59 05.05.2026
60-cı qol