10 may 2026. Bazar günü

I Divizionu sentyabrın ortalarında başlatmağı düşünürük


I Divizionu sentyabrın ortalarında başlatmağı düşünürük

Azərbaycan I Divizionunda 2020/2021 mövsümünün mümkün start tarixi müəyyənləşib.

Corner.az xəbər verir ki, bu barədə "Report"a Peşəkar Futbol Liqasının (PFL) Texniki İdman şöbəsinin müdiri Elgiz Abbasov məlumat verib.

PFL rəsmisinin sözlərinə görə, yarışın ilk milli fasilədən sonra başlaması nəzərdə tutulub ki, bu da sentybarın ortalarına təsadüf edəcək: "Bu gün üçün əsas prioritet Premyer Liqanın startıdır. Çünki bu çempionat həm avrokubolara getmək üçün, həm də milli komandaların üzvləri üçün əsas bazadır. Amma biz divizionu da mümkün qədər müzakirə edirik. Hazırkı durumda divizionun 1-ci milli fasilədən sonra start götürməsini düşünürük".

Abbasov bunun hələlik düşüncə olduğunu söyləyib. O bildirib ki, dəqiq tarix pandemiya ilə bağlı ölkədəki vəziyyətə uyğun müəyyənləşdiriləcək: "Bilirsiniz ki, biz həm Premyer Liqa, həm divizon, həm də ölkə kuboku ilə bağlı addım atanda Nazirlər Kabineti Yanında yaradılmış Operativ Qərargahın tələb və tövsiyyələrini nəzərə alırıq".

Qeyd edək ki, ölkədaxili futbol yarışlarının keçirilməsi və milli komandaların təlim-məşq toplanışları üçün təqvim planının hazırlanması məqsədilə yaradılan İşçi Qrup Premyer Liqada yeni mövsümə avqustun 21-də start verilməsi ilə bağlı təklifi AFFA-ya təqdim edib.







Misli Premyer liqa

Premyer Liqada 200-cü oyun
  • Misli Premyer liqa
  • 18:01 09.05.2026
Premyer Liqada 200-cü oyun
“Kəpəz” səfərdə çempionu məğlub etdi
  • Misli Premyer liqa
  • 23:14 08.05.2026
“Kəpəz” səfərdə çempionu məğlub etdi
“Neftçi”dən inamlı qələbə
  • Misli Premyer liqa
  • 17:53 05.05.2026
“Neftçi”dən inamlı qələbə
60-cı qol
  • Misli Premyer liqa
  • 10:59 05.05.2026
60-cı qol