8 may 2026. Cümə

Qalatasaray'dan da təklif gəlsəydi, getməyəcəkdim


Qalatasaray'dan da təklif gəlsəydi, getməyəcəkdim

“O söhbət bağlandı. Danışıqları dayandırdıq. Bu barədə çox danışmaq, fikir bildirmək istəmirəm”.

Corner.az xəbər verir ki, bunu “Report”a açıqlamasında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov yenicə Türkiyə Superliqasına vəsiqə qazanmış “Hatayspor”dan aldığı təklif barədə danışarkən deyib.

48 yaşlı mütəxəssis bildirib ki, Azərbaycan - Ermənistan sərhədində gərginliyin davam etdiyi bir vaxtda Ağdam klubunu tərk edə bilməzdi:

“Burada həssas məqamlar çoxdur. Cəbhə bölgəsindəki gərginliklər fonunda mənim “Qarabağ”dan getməyim düzgün olmazdı. Bilmirəm, bəlkə başqa komandada olsaydım, fərqli fikirləşərdim. Amma hazırkı komandada olduğum üçün belə qərar verməli idim. Bunun başqa cavabı yox idi”.

Qurbanovun sözlərinə görə, Türkiyə klubunun rəhbərliyi onun qərarını anlayışla qarşılayıb:

“Məni çox düzgün başa düşdülər, uğurlar arzuladılar. Mənə inanıb güvəndiklərinə görə sağ olsunlar. Amma hazırkı mövqeyim bəllidir. Belə qərar verməli idim, belə də etdim. İndiki məqamda “Qalatasaray”dan da təklif gəlsəydi, getməyəcəkdim”.
 
Baş məşqçinin sözlərinə görə, "Hatayspor" rəhbərliyi gələcəkdə də bu məsələyə yenidən qayıdacağını bildiribsə, buna görə Türkiyə klubuna yalnız minnətdar ola bilər.

Qeyd edək ki, “Hatayspor” rəhbərliyi bir neçə dəfə Qurban Qurbanova təklif göndərsə də, təcrübəli mütəxəssis qarşı tərəfə müsbət cavab verməyib.







Misli Premyer liqa

“Neftçi”dən inamlı qələbə
  • Misli Premyer liqa
  • 17:53 05.05.2026
“Neftçi”dən inamlı qələbə
60-cı qol
  • Misli Premyer liqa
  • 10:59 05.05.2026
60-cı qol
Mövsümün rekordu təkrarlandı
  • Misli Premyer liqa
  • 10:54 05.05.2026
Mövsümün rekordu təkrarlandı
Mövsümdə 3-cü, tarixdə 10-cu
  • Misli Premyer liqa
  • 10:34 05.05.2026
Mövsümdə 3-cü, tarixdə 10-cu
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
  • Misli Premyer liqa
  • 21:25 04.05.2026
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
“Zirə” “Qəbələ”ni məğlub etdi
  • Misli Premyer liqa
  • 20:33 03.05.2026
“Zirə” “Qəbələ”ni məğlub etdi