24 oktyabr 2024. Cümə axşamı

Bu il Sabah'ın ili olacaq - Təmkin Xəlilzadə


Bu il Sabah'ın ili olacaq - Təmkin Xəlilzadə

Millimizin və "Sabah"ın futbolçusu Təmkin Xəlilzadə müsahibə verib. Corner.az həmin müsahibəni sizə təqdim edir:

- Yeni mövsümdə «Sabah»dan nə gözləyirsiz? Sizcə, komanda uğur qazana biləcəkmi?
- Gözləntilərim böyükdür. Qəbələdə keçirdiyimiz yoxlama oyunlarında öz sözümüzü dedik. Əminəm ki, gələn çempionatda layiq olduğumuz yeri əldə edəcəyik.

- Yeni baş məşqçi Visente Qomesin gəlişindən sonra komandada nə dəyişib?
- Yaxşı komandamız, yaxşı baş məşqçimiz var. İspaniyalı məşqçimiz çox ünsiyyətcildir. Eyni zamanda, tələbkardır. İlk gündən hiss olunur ki, yüksək futbol biliyinə malikdir. İndi komandada dəyişiklik gözlə görünəcək dərəcədə çoxdur. Hamımız iddialıyıq. Bu il bizim üçün möhtəşəm olacaq.

- Sizdə bu nikbinliyi nə yaradıb?
- Qəbələdə 3 oyun oynadıq. İkisində böyük hesabla qalib gəldik. Özüm də iki qol vurdum, bir də məhsuldar ötürmə verdim. İstər-istəməz nikbinlik var. İnanram ki, belə gözəl nəticələri Premyer Liqa başlayanda da göstərəcəyik.

- Bir müddət əvvəl klubdan ayrılmaq istədiyiniz barədə xəbərlər yayılmıışdı. «Keşlə», «Zirə» və digər variantlar barədə danışılırdı.
- «Sabah»dan ayrılmaq fikrim olmayıb. Hələlik müqaviləm davam edir. Mən də bu təklifləri mediadan oxuyurdum (gülür).

- İndi «Sabah»da tamamilə rahat olduğunuzu və sabaha ümidlə baxdığınızı deyə bilərikmi?
- Əlbəttə! Ümidli deyiləm, əminəm. Bu il «Sabah»ın ili olacaq. Yenə deyirəm, biz bu il möhtəşəm olacağıq.

- Sizcə, ötən mövsüm komandanın uğurlu çıxış etməsinə nə mane oldu?
- Karantin (gülür). Düşünürəm ki, çempionat axıra kimi keçirilsəydi, biz Avroliqaya vəsiqə də qazanacaqdıq. Amma pandemiyaya görə bu, bizə qismət olmadı. Bilirsiz, «Sabah» heyət baxımından güclüdür. Millinin aparıcı futbolçular məhz bu komandada oynayıır. (sportinfo)







Misli Premyer liqa

“Qarabağ”dan yeni rekord
  • Misli Premyer liqa
  • 12:49 19.10.2024
“Qarabağ”dan yeni rekord
Futbol üzrə I Liqada 5-ci tura start verilib
  • Misli Premyer liqa
  • 19:50 16.10.2024
Futbol üzrə I Liqada 5-ci tura start verilib
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
  • Misli Premyer liqa
  • 10:58 14.10.2024
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
Mesut Özil "Zirə"nin qonağı olub
  • Misli Premyer liqa
  • 16:35 12.10.2024
Mesut Özil "Zirə"nin qonağı olub
"Turan Tovuz"un yeni bazası tikilir
  • Misli Premyer liqa
  • 13:26 12.10.2024
"Turan Tovuz"un yeni bazası tikilir