5 noyabr 2026. Cümə axşamı

Sabah Qəbələ'ni məğlub etdi


Sabah Qəbələ'ni məğlub etdi

Bu gün Premyer Liqa təmsilçiləri "Sabah" və "Qəbələ" yoxlama oyunu keçiriblər.

Corner.az xəbər verir ki, "Əlincə Arena"da oynanılan matçda Bakı təmsilçisi 2:0 hesabı ilə qalib gəlib. Komandanın qollarını Abbas Ağazadə və Məhəmməd Mirzəbəyov vurub.

Qeyd edək ki, "Sabah" bundan əvvəl Qəbələdə təlim-məşq toplanışı çərçivəsində "Qarabağ"ı (2:1), "Sumqayıt"ı (1:0), "Neftçi"ni (5:2) məğlub edib, "Qəbələ" isə "Zirə" ilə heç-heçə (0:0) edib, "Səbail"ə uduzub (1:2), "Sumqayıt"a qalib (2:1) gəlib.







Misli Premyer liqa