8 avqust 2026. Şənbə

Qarabağ çox böyük klubdur - Duric


Qarabağ çox böyük klubdur - Duric

“Qarabağ” çox böyük klubdur. Ancaq 90 dəqiqədə hər şey mümkündür”.

Bu sözləri “Qarabağ”ın Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi “Sileks”in hücumçusu Stefan Duric deyib. O, Ağdam klubunun kifayət qədər təcrübəli olduğunu bildirib: “Rəqibimiz hər mövsüm Avropa Liqasında çıxış edir. Bir dönəm Çempionlar Liqasında da mübarizə aparıblar. “Qarabağ”ın inkişaf etdiyi görünür”.

25 yaşlı futbolçu təsnifat mərhələsinin bir oyundan ibarət olması və qarşılaşmanı səfərdə keçirəcəkləri barədə də danışıb: “Görüşün tək matç olması haqda konkret nəsə demək olmur. Bilmirəm, bəlkə də bizim üçün belə daha yaxşıdır. Ancaq səfərdə oynamağımız işimizi çətinləşdirir. Oyun evdə olsaydı, şansımız daha çox olardı.

Uroş Matiçin “Qarabağ”a keçdiyini bilirəm. Ancaq hələ heç kimə xüsusi bir önləm almamışıq. Cümə günü çempionatımızda oyunumuz var. Bu görüşdən sonra “Qarabağ” matçı barədə düşünməyə başlayacağıq”.

Duric “Sileks”lə yanaşı, daha iki Şimali Makedoniya klubu – “Şkupi” və “”Şkendiya”nın Avropa Liqasının I təsnifat mərhləsində Azərbaycan klubları ilə qarşılaşacaqlarına da münasibət bildirib: “Püşklərdən xəbərim var. Açığı, sonda hansı ölkənin qazanacağını dəqiq bilmirəm (gülür). Proqnoz vermək çətindir. Gözləmək lazımdır. Güclü olanlar qalib gələcək”.

Xatırladaq ki, "Qarabağ" - "Sileks" matçı avqustun 18-i saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Qeyd edək ki, AL-nin I təsnifat mərhələsində "Neftçi" Şimali Makedoniyanın "Şkupi", "Suqmayıt" isə "Şkendiya" klubu ilə qarşılaşacaq. Tək oyunlardan ibarət mərhələdə təmsilçilərimiz rəqiblərini Bakıda qəbul edəcəklər. (matc)







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı