23 iyun 2026. Çərşənbə axşamı

Sumqayıt millimizin sabiq üzvünə məşqçilik təklif etdi


Sumqayıt millimizin sabiq üzvünə məşqçilik təklif etdi

"Sumqayıt" klubu Azərbaycan millisinin sabiq futbolçusu Rail Məlikova yeni iş təklif edib. 

Corner.az xəbər verir ki, bu barədə "gənclik şəhəri" təmsilçisinin baş məşqçisi Ayxan Abbasov məlumat verib.

39 yaşlı mütəxəssis bildirib ki, 35 yaşlı təcrübəli müdafiəçiyə klubun akademiyasında işləmək tövsiyə edilib. Abbasov Məlikovun akademiyada məşqçiliyə başlamasını istədiyini söyləyib: "Əlbəttə, müəyyən səbəblərə görə seçimi özü etməlidir. Əvəzedici heyətdə məşqçi olmasını təklif etdik. Rail Məlikov böyük karyeraya malik təcrübəli futbolçudur. İnanıram ki, gələcəkdə yaxşı məşqçi olacaq. Özü seçim etməlidir, amma nə vaxtsa başlamaq lazımdır. Biz də ona əlimizdən gələn köməkliyi etməyə hazırıq". 

Qeyd edək ki, "Sumqayıt" 2016-cı ildən komandada çıxış edən Rail Məlikovla bu yay yollarını ayırıb. 2004 - 2011-ci illərdə Azərbaycan millisinin formasını geyinmiş müdafiəçi ölkədə "Bakı", "Neftçi", "Qəbələ" və AZAL-ın da formasını geyinib. Məlikov 2014/2015 mövsümündə Türkiyədə "Denizlispor"da legioner həyatı yaşayıb.(report)







Misli Premyer liqa

"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
  • Misli Premyer liqa
  • 15:26 22.06.2026
"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 12:48 22.06.2026
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
"Araz-Naxçıvan"dan növbəti transfer
  • Misli Premyer liqa
  • 11:39 22.06.2026
"Araz-Naxçıvan"dan növbəti transfer
"Qarabağ" beşinci transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 20:55 21.06.2026
"Qarabağ" beşinci transferini reallaşdırdı