13 avqust 2026. Cümə axşamı

Neftçi Qəbələ'ni məğlub etdi


Neftçi Qəbələ'ni məğlub etdi

Azərbaycan Premyer Liqasında 2020/2021 mövsümünə hazırlığı davam etdirən "Neftçi" və "Qəbələ" klubları yoxlama oyununda qarşılaşıblar.

Corner.az-ın məlumatına görə, "Bakcell Arena"da baş tutan görüş paytaxt klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Matçda hesabı "ağ-qaralar" açıblar. Qvineyalı yarımmüdafiəçi Mamadu Kane fərqlənib. Əyalət təmsilçisi bu qola fransalı hücumçusu Nikolas Raysellə cavab verib. Lakin oyunun sonlarında "Neftçi"nin yeni transferi Yusuf Laval komandasına qələbə qazandıran topun müəllifi olub.

Qeyd edək ki, Premyer Liqada yeni mövsümə avqustun 21-də start veriləcək. "Neftçi" ilk oyununu elə həmin gün evdə "Səbail"ə qarşı keçirəcək. "Qəbələ" isə avqustun 23-də "Zirə"ni qəbul edəcək.







Misli Premyer liqa

“Şəfa” braziliyalı hücumçu transfer edib
  • Misli Premyer liqa
  • 17:36 12.08.2026
“Şəfa” braziliyalı hücumçu transfer edib
“Kəpəz”dən yeni transfer
  • Misli Premyer liqa
  • 16:22 11.08.2026
“Kəpəz”dən yeni transfer